Page 509 - 2-ci cild
P. 509
Aleksandr Mardan
qadın. Amma səndə olmur. Bilə-bilə telefonu unutmusan ki,
sənə zəng eləyə bilməyim. Özü də çiçək-zad dalınca gedib-elə-
məmisən!
Sahib. Hə, başladı!
qadın. Bəs necə? Elə bilirsən, sənin harda olduğunu bilmirəm?
Daha doğrusu, kiminlə olduğunu.
Sahib. Yaxşı, kiminlə?
qadın. Özün bilirsən.
Sahib (divanda oturub əsnəyir). Bilmirəm. Yaxşı, yaxşı, mən
yatmaq istəyirəm. Yeri gəlmişkən, səndən fərqli olaraq sabah…
yəni bu gün mənim iş günümdü. Səfər öncəsi sonuncu iş günüm.
Hələ yığışmaq da lazımdı. (Stolun üstündəki dollarları götürür.)
Niyə sən maliyyə vəsaitlərini ora-bura səpələyirsən? (Qadın
sakitcə əsginasları ondan alıb çantasına qoyur. Sahib açıq
mücrüyə və stolun üstə səpələnmiş bijuteriyalara işarə edir.)
Bunlar burda neynəyir?
qadın. İqor… Bizi qarət ediblər.
Sahib (qalxır). Nə vaxt?!
qadın. Bilmirəm. Bijuteriyalar qalıb, amma zinət əşyalarımızı
yığdığımız balaca mücrü yoxdu. Dünən səhər hamısı yerindəydi.
(Pauza.) Liza?
Sahib. İnanmıram. Yəqin, təzəsinin işidi, bu evdə altı il qul-
luqçuluq edən birisi belə bir iş tutmaz…
qadın. Bəlkə, sənin sürücün? Zanbaqları axı o gətirmişdi.
Sahib. Seryojka? Məni güllədən xilas edən Seryojka? Bir də,
inansan da öz işindi, inanmasan da, amma çiçəkləri evə mən
özüm gətirmişdim.
qadın. Onda kim? (Pauza. Sahib servis stolunun üstündəki
konfetlərə, meyvələrə və şamlara baxır.)
Sahib. Bizə gələn olmuşdu?
qadın. Bu, ola bilməz…
Sahib. Nə ola bilməz? Gələn olmuşdu, ya yox? (Qadın su-
sur.) Saşa, səbrimi daşdırma! Burda nə baş verib?
qadın. Gələn var idi… Sinif yoldaşım.
Sahib. Hansı? Nə vaxt? Mən saat on ikidə evdən getmişəm.
O, hardan, nə vaxt peyda olub?
509