Page 505 - 2-ci cild
P. 505
Aleksandr Mardan
qonaq. Soyun, ləçər!
qadın. Valeçka, əl saxla! Sən məgər iyirmi beş il elə bunu
istəmisən?!
qonaq. Hə!
qadın. Demək, belə?!
Qonaq dayanır. Onlar aralarında stol bir-birlərinə baxa-
baxa qalıblar.
qonaq (xırıltılı, qırıq-qırıq səslə). Sən mənim həyatımı məhv
etdin. Evləndim, amma bir gecə də fikrimdən çıxmadın. Bunun
nə olduğunu özüm də bilmirəm – dəlilikmi, mübtəlalıqmı, ya
nəsə bir xəstəlikmi? Mən də başqalarının yuxularını görürəm.
Hətta kimin yuxusu olduğunu da bilirəm. Sənin ərinin… Bağışla
məni. Mənlik deyil. Özümdən asılı deyil. Bağışla… (Dizi üstə
çöküb başını sanki edam kötüyünə qoyurmuş kimi stolun üstə
qoyur.) Vur boynumu, bəlkə, onda yüngülləşdim.
Qadın yerindəcə dayanıb.
qadın. Valya, sən nəyisə çaş salmısan… Vurulmusan…
Kimə? Hörüklü qıza?.. O, indi hardadı?.. O, indi kimdi?.. Sən ki
məni tanıyırsan… Mənmi sənin həyatını məhv etdim? Bəlkə, sən
mənim?.. Yoxsa yox… Bəlkə, elə mən də bu məhəbbəti arzula-
mışam. Amma sən etiraf etmədin… Cürətin çatmadı. Yaxın
gəlmədin. Demədin. (Pauza.)
qonaq. Bəlkə, biz birlikdə ola bilərik?
qadın. Kiminlə birlikdə? Özümüzdən uydurduqlarımızla?
qonaq. Mənimlə gəl…
qadın. Niyə?
qonaq. Özün deyirsən ki, bu evdə heç nə dəyişməyəcək!
Amma başqa bir ev də var. Sən ora lazımsan.
qadın. Valya, mən bu hərəkəti eləyə bilmərəm.
qonaq. Sən ərini sevirsən?
505