Page 501 - 2-ci cild
P. 501
Aleksandr Mardan

qonaq. Oxu.
qadın. İntonasiya ilə?
qonaq. Ciddi sözümdü, oxu.
qadın.

“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin.
Ona səhər-səhər bir sümük versin.
Ət nəyə gərəkdi, halı pisləşər,
Quru havalarda sənlə gəzişər.
Nə lazım boynunda o xalta-filan,
Tezdən su içizdir, sərin, həm kalan.
Qabındakı suyu sonacan içsin,
Qoy nə zingildəsin, nə də ki, hürsün.
Yiyəsiz qalanda mısmırıq sallar,
Hürmək istəyəndə nəsə xatırlar.
Pis günü qoy onun bax belə olsun,
Öz it həyatından tez cana doysun.
Mərhəmət, xəyanət… boşuna verin,
Gəlin bircə ona yalan deməyin,
Əgər demisizsə, üzün görməyin.
“Saşa adlı bir it itkin düşmüşdü,
Qoy tapan yedirib, canın isitsin…”
İmzanı yağış yudu.
Qalan yalnız “Sizin əziziniz” oldu.
O söz də dəftərdə qaldı, qaldı...
Saraldı, soldu”.

qonaq. Kədərli şeirdi… başqa bir şey də oxu.
qadın. Yaxşı görək… Köhnələri istəmirəm, təzəsini də
yazmamışam.
qonaq. Niyə?
qadın. Qafiyələr qarışır…
qonaq. Özünü nəsrdə necə, sınamamısan?

501
   496   497   498   499   500   501   502   503   504   505   506