Page 499 - 2-ci cild
P. 499
Aleksandr Mardan
qadın. Zirzəmidə.
qonaq. Gedək.
Yaxınlıqdakı qapılardan birinə tərəf gedir.
qadın. Zirzəmiyə qapı astanadandı. Bu, yataq otağıdı.
İşıq sönür.
Qonşu otaqdan on iki dəfə zəng səsləri eşidilir.
Antrakt
İKİNCİ HİSSƏ
Saat zəngi beş dəfə çalınır. İşıq yanır. Elə həmin qonaq
otağıdı. Kaminin rəfinə şamlar düzülüb. Stolun üstündə içi şərab
dolu badə. Onun yanında içi meyvə dolu qab və konfet qutusu.
Pəncərənin yanında əl nərdivanı var. Qonaq onun üstünə çıxıb
karnizi bərkidir. Qadın mobil telefonla danışır.
qadın. Alo! Gecəniz xeyir… Yoldaş növbətçi, mənim ərim
yoxa çıxıb. Bu gün. Daha doğrusu, dünən axşam. (Pauza.) Üç
gündən… Əgər… (Telefonu qapadır.) Deyir, itkin düşənlər barədə
ərizələr üç gündən sonra qəbul olunur. 14 fevralda itən ərlər isə
özləri tapılır… Gəl ümidimizi itirməyək.
qonaq. Narahat olma. O axı telefonsuzdu. Yəqin, elə bir
yerdədi ki, zəng eləyə bilmir. Bəlkə də, yol polisləri saxlayıblar.
İçmişdi?
qadın. Azca.
qonaq. Bu gün axı bayramdı! Polislərə də bayramdı. (Karnizi
bərkidib.) Deyəsən, düzəldi. Zəhmət olmasa, əsgini ver. Burda
toz var.
qadın. Aşağı düş. Qulluqçu silər.
qonaq. Mən onsuz da burdayam.
499