Page 497 - 2-ci cild
P. 497
Aleksandr Mardan
Bir əsgəri evlənmək üçün üçgünlüyə evə buraxdım, o da fərari
çıxdı… Beləcə, Valentin Vitalyeviç bir həddəcən yüksəlib sonra
bayıra atıldı.
qadın. Haracan?
qonaq. Tutaq ki, mayoracan.
qadın. İndi də avtobazadasınız?
qonaq. Yox. Başqa idarədə.
qadın. Nə işlə məşğulsunuz?
qonaq. Xidmət göstəririk.
qadın. Nə xidmət?
qonaq. Müxtəlif xidmətlər.
qadın. Sirr dolu müəmma… Eynən casuslar kimi.
qonaq. Kəşfiyyatçı üçün birinci şərt kəşfiyyatçıya oxşama-
maqdı.
qadın. Oldu. İstəmirsən, demə… Bizim oğlanlar sayta bir
foto yerləşdiriblər: Rubens istirahət edir! Sənə də afərin, özünə
baxırsan.
qonaq. Səhərlər qaçıram, axşamlar da yemək verənim yoxdu.
Olan sirr budu, vəssalam.
qadın. Bəs mən?
qonaq. Nə sən?
qadın. Dəyişmişəm?
qonaq. Əlbəttə. Yaxşılaşmısan.
qadın. Yalan deyirsən, amma xoşdu.
qonaq. Qısa saç sənə yaraşır. Çünki boğazın gözəldi.
qadın. Sən artıq rola girirsən… Mən hələ institutda saçımı
kəsdirmişdim.
qonaq. Heyifin gəlmədi?
qadın. Deyirlər, saçını kəssən, artıq-urtuq xatirələrdən xilas
olarsan.
qonaq. Məni neçə dəfə keçəl eləyiblər. Xeyiri olmayıb.
(Düyməni tikib qurtarandan sonra qadın sapı qoparıb qonağa
yaxınlaşır. Birsaniyəlik çaşqınlıq. Qadın köynəyi ona uzadır.
497