Page 495 - 2-ci cild
P. 495
Aleksandr Mardan

deyil. Hə, əri kötüyü tapdı. Dinməzcə işə getdi. Və bir daha geri
dönmədi. Arvadı nə qədər hönkürsə də inanmadı. Boşandılar.
Ehtiraslarsız və qalmaqallarsız… Qorxmursan?

qadın. Qorxuram ki, qalmaqal-filan olmaya. Sən necə, əgər
sinif yoldaşlarından biri gecə arvadının yanına gəlsəydi, tamaşa
qurardınmı?

qonaq. Yox.
qadın. Niyə?
qonaq. Çünki bu olmayacaq.
qadın. Niyə?
qonaq. Subayam. (Pauza.) Yaxşı, mən artıq oyuna girdim.
Necə icra edəcəyik?
qadın. O, içəri girir və biz bu an… içirik?
qonaq. Mən içən deyiləm. İnandırıcı görünməyəcək… Yeri
gəlmişkən, sən niyə durmusan? (Şərab dolu badəyə işarə edir.)
qadın. Hələ istəmirəm.
qonaq. Gəl belə eləyək. O, içəri girir, sənsə piano çalırsan.
qadın (istehzayla). Sən də oxuyursan?
qonaq. Sən pianoda tez-tez çalırsan?
qadın. Yüz ildi ona əlim dəymir. Gəl başqa bir şey…
qonaq. Onun üçün yox, mənim üçün çalırsan. Görən, kimi
qısqanacaq.
qadın. Yadımda qalan melodiya yoxdu.
qonaq (xahiş edir). Gəl püşk…
qadın. Əllə?
qonaq. Tək-cüt eləyək. Əgər tapsan, başqa bir şey fikirləşərik.
qadın. Yaxşı.
qonaq. Üzünü çevir. (Qadın dönür. Qonaq oyan-buyana
baxıb uyğun bir şey tapa bilmədiyindən köynəyinin düyməsini
açıb ovcunda sıxır.) Tək, yoxsa cüt?
qadın. Cüt.
qonaq. Hardan bildin?
qadın. Həmişə cüt deyirəm. Cüt cütlük deməkdi. Ər-arvad.

495
   490   491   492   493   494   495   496   497   498   499   500