Page 491 - 2-ci cild
P. 491
Aleksandr Mardan

qonaq. O qədər də yox.

Qadın bıçağı stolun üstünə qoyur.

qadın. Sən məni yaman qorxutdun.
qonaq. Üzr istəyirəm. Amma nədən qorxursan? Sizin ki
burada qulluqçunuz, bağbanınız var…
qadın. Hamısını buraxmışıq. Bayramdı.
qonaq. Onda bir də üzr istəyirəm.

Qadın təzədən mobil telefonu götürüb nömrəni yığır. Yenidən
telefonun melodiyası eşidilir. Qadın qonaq otağından astanaya

keçib mobil telefonla qayıdıb gəlir.

qadın. Ərim telefonu qoyub gedib. Qəribədi… Amma
indilərdə gələcək.

qonaq. Sən məni nə bilmişdin?
qadın. Sonra deyərəm. Sən əyləş… Qəhvə?
qonaq. Yox, təşəkkür edirəm.
qadın. Konyak?
qonaq. İçmirəm.
qadın. Tamam?
qonaq. Həyatım boyu o qədər içmişəm ki, sən heç onu üzüb
keçə bilməzsən… (Qadın Qonağın qabağına külqabı qoyur.)
Çəkmirəm.
qadın. Bəlkə, sən heç futbola da baxmırsan?
qonaq. Əlbəttə, baxmıram.
qadın. Fantastika. Belə kişi olmur. (Divanda əyləşir.) Bilirsən,
mən məzunların görüşünə getmirəm. Ərimlə bura köçəndən son-
ra… Amma yazışıram. “Odnoklassnik”də. Bizimkilərin, demək
olar, hamısı ordadı. Sən niyə yoxsan?

qonaq. Gizlənirəm.

Qadın çaşqın nəzərlərlə baxır. Qonaq gülümsəyir.

491
   486   487   488   489   490   491   492   493   494   495   496