Page 487 - 2-ci cild
P. 487
Aleksandr Mardan
şəhərdi. Mayon şəhəri. Oranın yaxşı toyuqları olur. Vəssalam.
Lyuda, mən yatmaq istəyirəm. (Pauza.) Xeyirə qarşı. (Təzədən
nömrə yığır.) Alo! Yuleçka! Necəsən? Nə? Danışa bilmirsən?
Saat neçədi? Di yaxşı, yaxşı. Nə vaxt imkanın oldu, buyur, zəng
elə. Gözləyəcəyəm. Yox, yatmıram. Sonra başa salaram. Öpürəm.
(Telefonu stolun üstünə qoyur. Qapının zəngi çalınır. Qadın
astanaya çıxır. Kişiylə qayıdır. Kişinin təxminən qırx yaşı olar.
Hündür, qədd-qamətli bu kişi paltoda və əlcəkdədir.) Keçin.
(Qonağı diqqətlə nəzərdən keçirir.) İşə bir bax… İkiqat tarif
möcüzələr yaradırmış. Ağlıma da gəlməzdi ki, belə… əməkdaşlarınız
var.
qonaq (təbəssümlə). Necə belə?
qadın. Belə də… Mən elə bilirdim… cavanlar olur.
qonaq. Bizim şirkətdə əməkdaş nə qədər təcrübəlidirsə,
qiyməti də bir o qədər bahadı. (Kişi paltosunun düymələrini açıb
qoltuq cibindən qarçiçəyi buketini çıxarır.) Bu, sizə çatacaq.
qadın. Bu ki möcüzədi! Əsl qarçiçəkləri… Soyunun, əyləşin.
Qadın rəfdən güldanı alıb qarçiçəklərini onun içinə qoyur və
yataq otağına keçir. Qayıdıb gəlir. Qonaq otağı nəzərdən
keçirir. Əlcəyini, paltosunu çıxarıb kreslonun arxa tərəfinə
qoyur. Əynində kostyum var. Əyləşir.
Qadın çantasından üç ədəd yüzdollarlıq əsginas çıxarıb
Qonağa uzadır. Qonaq matdım-matdım pullara baxır.
qonaq. O çiçəklərin qiyməti bu qədər eləmir.
qadın. Bu, çiçəklər üçün deyil, gecə üçündü. Avans. (Qonaq
pullara əl vurmur və Qadın onları stolun üstünə qoyur.) Mən sizi
çox saxlamayacağam. Cəmi bircə saat. Sizinlə oturub çay içə-içə
ərimi gözləyəcəyik.
qonaq. Tanışlığımıza görə şadam.
qadın. Mənim adım Saşadı.
487