Page 483 - 2-ci cild
P. 483
Aleksandr Mardan

qadın. İşlə? Bəs tübikdəki məcun?
Sahib. Nə məcun?
qadın. Sən birhəftəlik ezamiyyətdən qayıdıb gələndə tübikdəki
məcun gedəndə necə idisə, eləcə qalır.
Sahib. Hə, yoldaş müstəntiq, buradan nə məntiqi nəticə hasil
olur?
qadın. Buradan o məntiqi nəticə hasil olur ki, nömrədə baş-
qa kimsə də var və sən onun məcunuyla dişlərini yuyursan.
Sahib. Yaxşı mehmanxanalarda gigiyenik dəstlər verilir.
qadın (kinayə ilə). Belə de! Sən nə yaman qənaətcilmişsən!
Bəs paketlər? Həmin o çamadanında qadın mağazalarının paketləri
hardandı? Halbuki mən o mağazalardan heç vaxt heç nə almaram.
Bilirsənmi niyə? Bahalığına görə. Sən deyən kimi… arvad üçün,
əlbəttə, bahadı, məşuqə üçünsə lap yerinə düşür.
Sahib. Nə qədər demək olar ki, mənə viski hədiyyə etmişdilər.
Amma paketə fikir vermədim.
qadın. Bəs telefon?
Sahib. Nə telefon?
qadın. Sən Praqaya getmişdin, amma operator polyakca
danışırdı!
Sahib. Mən Praqadaydım! Operator da çexcə danışırdı. Əgər
dilləri ayırd eləyə bilmirsənsə, öyrən.
qadın. Hansını?
Sahib. Hər ikisini. Dəqiq bilmək üçün. (Pauza. Siqaret yan-
dırır.) Həm də italyancanı.
qadın. İtalyanca niyə? Nədi, indi də İtaliyaya gedirsən?
Sahib. Bəli.
qadın. Tək gedirsən?
Sahib. Qaraçı xoruyla. (Qadın susur. Pauza.) Gəl içək. Həm
də bəsdi, sakitləşək. (Badəni ona uzadır. Öz badəsini də götürür.
Toqquşdururlar. Sahib bir qurtum içir. Qadın badəni yüngülcə
dodaqlarına yapışdırıb stola qoyur.) İç. Bu şərabı ki həmişə
xoşlamısan. (Qadın əlini uzadır, onlar barışdırıcı jestlə barmaq-
larının ucunu birləşdirirlər.) Biz neçə illər bir-birimizə inamla

483
   478   479   480   481   482   483   484   485   486   487   488