Page 485 - 2-ci cild
P. 485
Aleksandr Mardan
qadın. Mən darıxmıram.
Sahib. Hə, görürəm. Kefindən-damağından qalmırsan. Bugünkü
oyun yaxşı alındı?
qadın. Yaxşı alına bilərdi… Sənin o zanbaqların olmasaydı!
Sahib (qalxır). Belə. Vəssalam! Mən qarçiçəyi dalınca
gedirəm.
qadın (karıxmış halda). Ciddi deyirsən? Bir saata bax, on
ikidi.
Sahib. Müqəddəs Valentin günü Müqəddəs Valentin gecəsiylə
əvəz olunur. Demək, qarçiçəyi məndən, gecə sevişməsi səndən.
Sahib kürkünü geyinib əlini cibinə salır. Portmanatını
çıxarıb yoxlayır, sonra maşının açarlarını, bir də saqqızı
çıxarır. Saqqızdan iki dənəsini ağzına qoyur.
qadın. Nədi, doğrudan, gedirsən?
Sahib. Əlbəttə. İlin qardaşlaşmış aylarının onlar üçün təşkil
etdikləri qlobal istilikdə həmin o nənələri axtaracağam. (Badəni
ona verir.) İçilməmiş qalmağı yaxşı əlamət deyil. Axıracan iç,
uzan. Qayıdıb səni, yatmış gözəli oyadacam.
Qadın badəni götürür, amma ağzına aparmadan stolun
üstünə qoyur.
qadın. Sonra. Mən gərək çamadanları yığım. Birigün uçuruq,
amma mən hələ özümlə nə götürəcəyimi bilmirəm.
Sahib. Sabah bütün günü boşsan. Çatdırarsan. İndi uzan.
Onun yanağından öpüb çıxır.
Qadın otağın ortasında dayanıb durur. Şərab badəsini əlinə
alır, amma eləcə əlində saxlayıb içmir, sonra yenidən qaytarıb
stolun üstünə qoyur. Kreslonun üstünə atılmış şərflə jaketi or-
dan götürüb yataq otağına keçir. Əlində don qayıdıb gəlir.
Üstünə tutub güzgüyə baxır. Sonra donu divanın üstə atıb tele-
fonu götürür və nömrəni yığır.
485