Page 489 - 2-ci cild
P. 489
Aleksandr Mardan

qadın. Sən kimsən və burada nə eləyirsən?
qonaq (aramla). Mən?.. Sizə axı necə deyim?.. Killer…
Bəlkə, manyak… Bəlkə, oğru… Bəlkə də, sizin gizli pərəstişka-
rınız... (Uzun pauza.) Hə, hansıdı? Dosta zəng? Əlli əlliyə?
qadın (qırıq səslə). Əlli əlliyə nə?
qonaq (teleşounun aparıcısının intonasiyası ilə). Beləliklə,
əlli əlliyə! Qalan variantlar: manyak, muzdlu qatil, yoxsa sizin
gizli pərəstişkarınız. Seçin. (Qadın mobil telefona baxır. Qonaq
hədələyici tonla.) Dosta zəng artıq olub. Siz bundan istifadə et-
misiniz.
qadın (səsi əsə-əsə). Bəlkə, birtəhər razılaşdıq?
qonaq. Bəlkə də. Oturun. (Divanı göstərir.) Məsələni çözək.

Qadın divan tərəfə yox, stol tərəfə gəlir və bıçaq götürür.
Qonaq qalxıb ona yaxınlaşır.

qadın. Yaxın gəlmə!

Qadın bıçağı əlində tutub mobil telefonun nömrələrini yığır.

qonaq. Saşa, sakit ol, mən zarafat elədim! (Qadın telefonu
qulağına tutub cavab gözləyir, amma elə bu an yaxınlıqda mobil
telefonun azaldılmış səsi eşidilir. Qadın səsin hardan gəldiyini
anlamaq üçün ora-bura boylanır.) Oldu, oldu… Zarafatım yaxşı
alınmadı. (Qadına tərəf bir addım atır. Qadın yenə əlindəki
bıçağı ona tərəf tuşlayır.) Saşa, sən məni tanımadın? Mən
Qoretskiyəm. Valya. Səninlə paralel sinifdə oxumuşuq. (Qadın
susur.) Unutmusan?..

qadın. Valya?
qonaq. Nə oldu? Yadına düşdü?
qadın (çaşqın vəziyyətdə). Bəs sən… (Ona qarşı inamsızlıqla.)
Sən məni necə tapdın?
qonaq. Rodionova vasitəsilə. Siz axı onunla yazışırsınız?
qadın. Hə. Amma mən ona ünvan verməmişəm.
qonaq. Amma Meşəkənarında bağının olduğunu demisən.
Demisən ki, qülləli, yelqovanlı bir evdə yaşayırsan… Demisən?

489
   484   485   486   487   488   489   490   491   492   493   494