Page 493 - 2-ci cild
P. 493
Aleksandr Mardan

qadın. Təsəvvür edirsənmi?.. Aleksandr Makedonski.
qonaq. Niyə ki?
qadın. Mən sinfi sakitləşdirəndə belə deyirdim: “Aleksandr
Makedonski qəhrəman idi, amma stulları sındırmırdı…” Ümumiy-
yətlə, maraqlı idi. Elə bil özünü güzgünün o biri üzündə görürsən.
Həmişə düşünürdük ki, müəllimlər heç nə qanmırlar, amma biz
ağıl dəryasıyıq, onları təlxək yerinə qoyuruq… Mənsə uşaqlara
baxanda onları ovuc içi kimi görürdüm. Bax bu, indicə ha-
zırcavablıq eləyəcək. Bu biri acıb, artıq asta-asta buterbrodunu
hazırlayır. Mən artıq onun qoxusunu da eşidirəm… Bu biri əsə-
əsə oturub, başını aşağı salıb, qorxur ki, lövhəyə çağıraram. Bu
birisə, əksinə, dərsi öyrənib deyə qurcalana-qurcalana qalıb. Bu
gün cavab verə bilsə, iki həftə kitab üzü açmaya bilər. Dilxor-
dilxor çıxıb getdi.
qonaq. Çağırmadın? Xoşun gəlmirdi?
qadın. O qədər də yox. Ya da istəyirsən xeyirxahlıq eləyəsən,
mərhəmət göstərəsən… Oğlansa qıza xoş gəlmək üçün mənim
dərsimi pozur. Sən də belə olmusan?
qonaq. Başqa sinifdən bir qız mənim xoşuma gəlirdi.
qadın. İnşa yazanda daha maraqlı olurdu. Görür, biri köçürür,
özünün başında heç nə yoxdu. O birində isə ilham pərisi dördnala
çapır. Tələsir, səhvlər eləyir, vergül-nöqtəni qoymur… Elə bilir
ki, bugünəcən heç kimin yaza bilmədiyini yaradır, dünyanı alt-
üst edib dəyişəcək.
qonaq. “Mən yayı necə keçirdim” inşa işinin iziylə iki qarət
və bir zorlama hadisəsinin üstü açılıb.
qadın. Yaxşı görək… Mənim şagirdlərim tərbiyəli idi.
qonaq. Qulaq as, sizin sinif rəhbəriniz hələ sağdı? Biologiyaçı.
Natalya… Natalya…
qadın. Pavlovna. Keçən il öldü… yadımdadı, bir dəfə
Stanislavskini lövhəyə çağırıb ondan steqosefallar barədə soruşdu.
Kərtənkələ növüdü, timsahdan da dəhşətlidi. Yadımdadı, o,
lövhənin qarşısında dayanıb durub, üçüncü partada oturan Lenya
Saxarov da ona dərsi pıçıldayır. Sonra Lenanın başı qonşu stulda

493
   488   489   490   491   492   493   494   495   496   497   498