Page 481 - 2-ci cild
P. 481
Aleksandr Mardan
Sahib. Mən bacardığımı əsirgəmədim. Özün də bilirsən ki,
çiçək salonuna girib oradan səhləb gülü seçmək mənim üçün
problem deyil. Amma əgər nənələr yolda durmayıblarsa, qarçiçəyini
hardan alım? (Onu qucaqlamaq istəyir.) Məgər hansısa bir gülə
görə…
qadın. Məsələ güldə deyil! Məsələ sənin mənə əhəmiyyət
verməməyindədi! Bu gün sənin üçün çoxlu yeniliklər oldu, eləmi?
Sahib. Bəli. Yeri gəlmişkən, sən niyə gözünə linza taxmısan?
qadın. Gözümün rənginin başqa olduğunu sezməyin mənim
üçün maraqlı oldu. (Mobil telefonun boğuq səsi eşidilir. Qadın
çantasını eşələyib telefonu çıxarır, monitora baxıb zəng səsini
kəsir. Sahib siqaret yandırır.) Günün bu vədəsində mənə kimin
zəng elədiyi sənin üçün maraqlı deyil?
Sahib. Sən ki telefonla o biri otağa keçmədin. Səsinin tonu
dəyişmədi. Demək, əhəmiyyətsiz bir şeydi.
qadın. Hə, əhəmiyyətli deyil. Lyuda idi.
Sahib. O-o. Plastik rəfiqə.
qadın. Necə, necə?
Sahib. Plastikin necə cırıldamağı xoşuna gəlir?
qadın. Dəmirin şüşədə cırıldamağı qədər. (Çiyinlərini çəkib
üzünü turşudur.)
Sahib. Bax sənin o Lyudan da mənə eynilə belə təsir edir.
qadın. Mənim Lyudam? O ki sənin dostundu, həm də
şərikinin arvadıdı!
Sahib. Nə olsun? Mən səndən onunla ünsiyyət saxlamağı
xahiş eləməmişəm.
qadın. Əgər məni özünün müəllimi sayırsa necə?
Sahib. Rədd elə getsin.
qadın. Mişa inciyər.
Sahib. Əhəmiyyət vermə. Bu, mənim problemimdi.
qadın. Düzünü desəm, onunla əlaqə saxlamağımın səbəbi
tək bu deyil. Mənə maraqlıdı.
Sahib. Sənə? Onunla? O ki menyudan başqa heç nə oxumur.
qadın. Mən “onunla maraqlıdı” demədim, “mənə maraqlıdı”
dedim. Mişanın onda nə tapdığını və Katyanı nə səbəbə atdığını
anlamaq istəyirəm.
481