Page 477 - 2-ci cild
P. 477
Aleksandr Mardan
Sahib (mahnıyla eyni vaxtda). Mənim şərəfimə. Səbəbkarı
sən olduğun dəliliyimin şərəfinə. Səni tanımaq üçün itirdiyim
zamanın şərəfinə. Sənin məsxərəyə qoyduğun cizgilərimin və
düşünülməmiş təşəbbüslərimin şərəfinə.
Musiqi kəsilir.
qadın. Bir halda ki, siz Dassenlə bu qədər oxşarsız, onda
məmnuniyyətlə içərəm.
Yenidən badələri toqquşdurub içirlər.
Sahib. Mən özüm haqda danışdım. İndi növbə sizindi.
qadın. Danışmaq? Belə maraqsızdı. Yaxşısı budur, bir oyun
quraq. Mən soruşum, siz cavab verin.
Sahib. Yaxşı. Amma bir şərtim var: hər doğru cavabdan son-
ra siz əyninizdən nəsə bir şey çıxaracaqsınız.
qadın. Mən belə şeyi ancaq bir pis kinoda görmüşəm. Orada
qadın müəllim öz şagirdini yoldan çıxarmaq istəyirdi.
Sahib. Axırı necə oldu?
qadın. Qadını dama basdılar.
Sahib. Bəs oğlan?
qadın. Qadına ərzaq bağlaması aparırdı. Qadın həbsxanadan
çıxanda oğlanın artıq on səkkiz yaşı vardı.
Sahib. Onlar evləndilər?
qadın. Yox, oğlan artıq başqa müəllimlə gəzirdi.
Sahib. Biz ki uşaq-zad deyilik. Buna görə bizi dama basmaz-
lar.
qadın. Oldu. Ən asanından başlayaq… Mən hansı musiqini
xoşlayıram?
Sahib. Demək belə, biz sizinlə cavan olanda Toto Kutunyo,
Çelentano, San-Remo festivalı dəbdəydi… Belə güman edirəm
ki, italyan estradası. (Qadın yun şərfini çıxarır.) Tapdım, tapdım!
qadın. Hələ pəhriz barədə düşünmədiyim vaxtlarda hansı
piroqlar xoşuma gəlirdi?
477