Page 475 - 2-ci cild
P. 475
Aleksandr Mardan

qadın. Xeyr.
Sahib. Mərc gələk?
qadın. Gələk.
Sahib. Öpüşdən!..
qadın. Siz yaman inadkarsız. Göstərin görüm.

Sahib bardan ağzıbağlı şüşə çıxarıb onu bir əlində tutur. O
biri əlinə açıq şüşəni alır və barmen jestiylə açıq şüşədəki şərabı
bağlı şüşənin arxasındakı yumru oyuğa süzür. Sonra qurtum-
qurtum badədən içirmiş kimi içir. Qadının qabağında təzim edir.

qadın. Fokusçu!

Qadın öpüş üçün yanağını təklif edir.

Sahib. Qadın hiyləgərliyi buna deyərlər! (Onun yanağından
öpür. Toqquşdurub qurtum-qurtum içirlər.) Cəngavər gözəl xanımı
zalım cadugərin əlindən xilas etdi…

qadın. Qarderobçunun.
Sahib. Hər halda, cəngavərə mükafat düşür.
qadın. Qəhrəmanlıq təmənnasız olmalıdı!
Sahib. Onda mənə sevginizi bəxş edin. O, pulla ölçülmür.
qadın. Axı mənə qarçiçəyi tapıb verməliydiniz! Dediniz,
meşəyə gedək, amma bura gətirdiniz…
Sahib. Qarçiçəyi də olacaq! Hələliksə, bəlkə, sizə bir qəhvə
dəmləyim?
qadın. Mən qəhvə içmirəm.
Sahib. Niyə? Üzünüzün rənginə görə?
qadın. Sadəcə, xoşum gəlmir.
Sahib. Əla çay var. İfadəmə görə üzr istəyirəm: marakuylu
çay.
qadın. Mənsə ifadəmə görə üzr istəyirəm, berqamotlu çayı
xoşlayıram.
Sahib. Təşkil edərik. Cəmi ikicə dəqiqə sizi tək qoymalı
olacağam.

475
   470   471   472   473   474   475   476   477   478   479   480