Page 479 - 2-ci cild
P. 479
Aleksandr Mardan
Yenidən Dassenin ifasını qoşur və sonuncu bəndlə
nəqəratı tərcümə edir.
A nous
Aux souvenirs que nous allons nous faire
A l’avenir et au present surtout… 1.
Sahib. Bizim şərəfimizə, ümidlərimizin, illüziyalarımızın
şərəfinə. Bizim gələcək ilk məhəbbətimizin şərəfinə. Bizə bənzər
milyonlarla aşiqin şərəfinə, həyatın, məhəbbətin şərəfinə.
Gündüzlərimizin və gecələrimizin şərəfinə. Bizə bu anları bəxş
edən əbədiyyətin şərəfinə!
Musiqi kəsilir.
qadın. Bizim gələcək ilk məhəbbətimizin şərəfinə… Necə
də sirli-sehrli, heyrətamiz. (İçirlər.) Bağışlayın, mən burnumu
harda pudralaya bilərəm?
Sahib. İstirahət otağı ordadı.
Qapını göstərir və Qadın çıxır.
Sahib branı və çilçırağı yandırır. Sonra cibindən paket çıxarıb
içindəki tozu Qadının badəsinə boşaldır. Sonra üstünə şərab
süzür.
Qadın qayıdıb gəlir.
qadın. Nədi, gedirik?
Sahib. Hara?
qadın. Qarçiçəyi yığmağa. Amma nəsə qorxuram gəzmək
özümüzə qalsın. Qarçiçəyi martdan tez əmələ gəlmir.
Sahib. Siz qlobal istiləşməni nəzərə almırsınız.
1 Bizim şərəfimizə, Xatirələrimizin şərəfinə, Gələcəyin və xüsusən bugünümüzün şərəfi-
nə.
479