Page 471 - 2-ci cild
P. 471
Aleksandr Mardan

soyunmağa kömək edir, sonra da öz kürkünü çıxarır. Qadın
özünəbaxan qadınlardandı – gözəldi, zövqlə geyinib. Evin sahibi
pencək və qara qolf şalvardadır.

Sahib. …Nağıl gərək gözəl sonluqla bitsin. Yatmış şahzadə
oyanıb görəcək ki, meşədə qarçiçəkləri baş qaldırıb.

qadın. Bəlkə, çiçəkləmədi?
Sahib. Çiçəkləyər, çiçəkləyər! Pulu çatıb!
qadın. Pulu çatıb? Bu ki lap postmodernizm oldu.
Sahib. Postmodernizm, şahzadə Zoluşka paltar yumaqdan
qazandığı pulla yaşayanda olur. Bizdə isə klassikadı. Ən azı mo-
dern. Keçin, əyləşin…

Qadın otağa göz gəzdirir, sonra kresloda əyləşir.

qadın. Ürəyəyatımlı eviniz var.
Sahib. Siz günün bu vədəsində hansı şəraba üstünlük verirsiniz?
qadın. Yəqin ki, ağ şəraba.
Sahib. Mənsə qırmızısını təklif edirəm. Bu yaxınlarda Bolqa-
rıstana getmişdim. Orda dedilər ki, içində “r” hərfi olan aylarda
gərək qırmızı şərab içəsən.
qadın. Mən bu məsəli balıqlar və xərçənglər barəsində eşit-
mişəm. Şərab məsələsində ilk dəfədi.

Sahib burğuyla şərab şüşəsini açıb badələri doldurur.

Sahib. Yeri gəlmişkən, Bolqarıstanda qırmızı şəraba qoşulan
mahnıların sayı-hesabı yoxdu, bircəciyi də ağ şəraba qoşulub.

qadın. O mahnıda nə deyilir?
Sahib. Deyilir ki, niyə axı mən qırmızı deyiləm. Bir dadına
baxın. Baron Rotşildin kolleksiyasından Bordo şərabıdı.
qadın. Əgər Rotşild etiraz etmirsə, mən razı. Ağ olmur, qoy
qırmızı olsun.

Onlar bir neçə qurtum içirlər.

471
   466   467   468   469   470   471   472   473   474   475   476