Page 467 - 2-ci cild
P. 467
Úîí Ìàððåë
Sara (atmacaya əhəmiyyət vermədən). Qasırğa bizdən yan
ötdü… heyif. (Pauza.) Dünən uşaqlar lanqust tuta bildilər?
Pitu. Çox az. Mən sizə demişdim. (Əsnəyir.)
Sara. Əsnəyəndə ağzı əllə tutmaq lazımdı!.. Bu gün nahardan
sonra biz sizinlə… (Sirr açırmış kimi.) Biz sizinlə səyahətə
çıxacağıq… Mənim o yerimə… Mənim o qayama. Orda mağara
var… İlahi, gör bir nə vaxtdı ora ayağım dəyməyib. Amma hər
çıxıntı yadımdadı… Oranın yolunu tanıyıram. Biz o mağaraya
düşəcəyik. Döngə olacaq… əyri… həyatın döngəsi!
Pitu (dəhşət içində). Siz mütləq uzanıb dincəlməlisiz. Yuxusuz
gecədən sonra… Mən həkim çağırım.
Sara. Qəti olmaz! Mən hər şeyi qabaqcadan bilirəm. O,
əlində iyindən burun tutulan bir qaşıq dərmanı tutub bütün günü
yan-yörəmdə fırlanacaq. O dərmanı boğazıma tökməkdən
bezmişəm…
Pitu. Hamı bilir ki, o, uzun illər sizin dəli-divanəniz olub.
Sara. Oh, mənim dəli-divanəm çox olub… (Gülür.) Hə! Mən
özünəvurğun bir qoca atam, elə deyilmi, Pitu?
Pitu. O, madam!.. (Onun əlini öpür.)
Sara. Bunu yazın. Memuar üçün yarayar.
Pitu stolun arxasında əyləşib tez-tələsik yazır.
Pitu. Yazdım.
Sara (günəşə baxır). İşıq mücəssəməsi! Nə fikirləşirsən?
Sən günbəgün, ilbəil ruhsuz-zadsız müqəvva kimi gəlirsən,
gedirsən… özün də bilirsən ki, nə vaxtsa gec-tez sönüb qurtara-
caqsan, sən ey məsuliyyətsiz işıq mücəssəməsi, sən heç bizi
fikirləşmirsən… Pitu, yazırsızmı?
Pitu. Günəş barədə olan bu cəfəngiyyatı? İstəyirsiz, insanlar
sizin dəli olduğunuzu düşünsünlər?
Sara (pauzadan sonra). Mən dəli-zad olmamışam, Pitu!
Olmamışam! Şükür ki, olmamışam… İndi bahardı… Günlər
uzundu… Axşam mağaradan qayıdandan sonra işimizi davam
etdirə bilərik… İndi isə… (Təntənəylə.) Pitu! Mənim yeşiyimin
sağ rəfində gənc bir müəllifin pyesi var. O, həmin pyesi ötən qış
467