Page 463 - 2-ci cild
P. 463
Úîí Ìàððåë

Sara. Yox. Yaxşısı budu, mənə brendi süzəsiz.
Pitu. Günün bu vədəsində? Birazdan saat altı olacaq.
Sara. Pitu, mən vaxtı izləmirəm. Brendi – ən əla dərmandı.
Pitu. Boş mədəyə?.. Madam mən sizin əriniz-filan deyiləm,
amma ürək üçün ən zərərli şey…
Sara (qətiyyətlə). Pitu, brendi!
Pitu (bara tərəf gedib içkidən bir azca badəyə süzüb ona
gətirir). Mənim anam, ümumiyyətlə, evdə brendi saxlamağa
qadağa qoymuşdu. Atam həmişə deyərdi ki, “əgər həyatını
intiharla başa vurmaq istəyirsənsə, elə birbaşa siçan zəhəri iç.
Bu, daha rahat olar!”
Sara (bir qurtum içir). Sizin ananızın heç nədən başı çıxmayıb.
O, sadəcə dəlinin birisi olub, heç nə qanmayıb… (Fikrə dalır.)
Bilirsiz, Pitu, mənim sözüm var…
Pitu. Diqqətim bütünlüklə sizdədi, madam.
Sara. Sözüm sizə deyil. Bütün bu işıqlı dünyada məni anla-
mağa qadir olan yalnız bir məxluq var. Mən gərək onunla danışım.
Pitu. Kiminlə, madam?
Sara. Oskar Uayldla. (Bir qurtum da içir.)
Pitu. Yox, yox!
Sara (qrimini təmizləyərək). Qəribədi. Bir az əvvəl siz qadın
rolunu oynamaqdan imtina edirdiz.
Pitu (tələsik). Daha imtina eləmirəm. Kimi desəz, oyna-
yaram… Bircə Uaylddan başqa! Yeri gəlmişkən, madam, Uayld
ölüb.
Sara. Ölüb… Bəli… Yazıçı kimi onu bəyənmirsiz?
Pitu. Niyə ki… Bəzən çox gülməli yazırdı…
Sara. Əgər o, sizi güldürə bilibsə, bu özü çox böyük
nailiyyətdir. Onun haqqında pis fikirləşməyin. Ölən adam haqqında
pis fikirləşmək böyük günahdı.
Pitu. Onun günahlarıyla müqayisədə o qədər də böyük ol-
maz… Qəzetlər yazmışdılar ki…
Sara. Qəzetlər? Mənim azğımı açmayın, məcbur etməyin ki,
qəzetlər haqqında bildiklərimi açıb töküm! Məndən nə yazdıqları
yadınızdadımı?.. (Qalxıb jestlə Pituya əmr edir ki, stulu avansəhnəyə
aparsın. İkincini özü sürüyür. Yanaşı qoyur. Jestlə Pitunu əyləşdirir.
Onun arxasında dayanır.) Sonuncu dəfə mən onu Aralıq dənizinin
sahilində gördüm. O, dağlara baxırdı. Mən arxadan ona yaxınlaşdım.
O oturmuşdu… qoca, xəstə… Günəşin şüalarında qızınmaq üçün

463
   458   459   460   461   462   463   464   465   466   467   468