Page 461 - 2-ci cild
P. 461
Úîí Ìàððåë

Pitu. Axı təzədən sayıqlamalar…
Sara. Pitu, lazım deyil. (Əlini tutur, sonra onun əlini öz
çiyninə qoyur.) Hiss edirsiz, Pitu?.. Hələ gücüm qalır… Əzələlər…
Heç də hər şey ölməyib…
Pitu (karıxmış halda). Madam…
Sara. Başa düşmürəm, Pitu… Siz elə bilirsiz, mən dəli
olmuşam.
Pitu. Xeyr, madam… Amma mən dərman üçün gedim… Hər
halda…
Sara (onun əlini buraxıb ümidsiz halda öz əlini yelləyir).
Özünüz bilərsiz…

Pitu evə qaçır.

Onsuz da… (Qalxıb bir neçə addım atır. Boğulmağa başlayır…
əliylə havada nəyisə tutmaq, ya da gözəgörünməz nədənsə
qorunmaq istəyir. Gözləri bərəlir. Xırıltılı səs.) Pitu!.. Pitu!..
(Yerə yıxılır.)

Pitu (onun üstünə atılır. Dizi üstə çöküb onun başını qaldırır).
Madam!.. (Nəbzini yoxlayır. Həyat əlaməti olmayan başı döşəməyə
qoyur və Saradan gözünü çəkmədən dalın-dalın çıxışa tərəf
gedir.)

Bu zaman Sara astadan inildəyir.

Sara. Pitu!..

Pitu dayanıb-durur, tərəddüd içində ona tərəf
iki addım atır.

Pitu…
Pitu (onun üstünə atılaraq). O, madam…
Sara. Pitu, siz burdasız?..

Pitu danışa bilmir. O ağlayır.

461
   456   457   458   459   460   461   462   463   464   465   466