Page 459 - 2-ci cild
P. 459
Úîí Ìàððåë
Sara. O balaca pintiyə? Çox sağ ol, Pitu. (Qrimi götürüb tez-
tələsik qara və ağ rəngləri üzünə çəkir). Yeni tamaşa başlayırıq
“Pitu, tap görüm mən kiməm” adlı yeni oyun. (Sifətini ona
yaxınlaşdırıb ağız-burnunu əyir.) Hə, de görüm, kiməm?
Pitu (dəhşət içində). Müqəddəs Tereza.
Sara. Pitu, siz diqqətli deyilsiz. Di yaxşı, yadınıza salın…
Mən qiyamət, cazibədar aktyoram. Ötən əsrin altmışıncı illərinin
kumiri…
Pitu. Onda mən hələ doğulmamışdım. Mən hələ dünyaya
gəlməmişdim.
Sara. Kloun. Quş profilli dahi kloun… Onun adı… Di
yadınıza salın.
Pitu. Mən onda heç öz adımı bilmirdim.
Sara (qarıldayır). Qarr-r-r-r! Qar-r-r! Ona “Qarğa” deyirdilər.
Onun heyrətamiz bir nömrəsi vardı… Ax, gözəllik mücəssəməsi!
Yaxın gəl, indi sənə göstərəcəm… (Qalxıb səhnənin dərinliyinə
tərəf gedir. Əllərini quş qanadı kimi yelləyə-yelləyə tamaşaçılara
tərəf istiqamət alır.) Hə, Pitu, stulu bax ora qoyun! (Avansəhnəni
göstərir.)
Pitu əmri yerinə yetirir.
O, dahi idi! Şəksiz dahi! (Jestlə Pituya kənar olmağı işarə edir).
Beləliklə! Madam və müsyö! Hörmətli publika! Bu gün bizim
həqiqətin gözünün içinə dik baxmaq, dünyanın bütün canlı
aləminin bizi necə gördüyünü görmək üçün nadir və müstəsna
imkanımız olacaq. Bu, hələ heç kimə müyəssər olmayıb! Amma
qarğa hər şeyi görür! Hörmətli madam və müsyölər, sizin bu yer
üzündə ən çox məşğul olmaq istədiyinizi mən sizə göstərəcəm!
Bəli, bəli. Yer üzündə ən çox! Bu işlə hamı – kişilər də, qadınlar
da məşğul olur… və demək olar ki, eyni şəkildə. Mən indi sizləri
təqlid edəcəm… bunu indi sizə göstərəcəm. Canlı-canlı! Siz
buna heyransız! Bunsuz yaşaya bilməzsiz! (Əllərini bir-birinə
vurur.) Diqqət! Diqqət! (Əllərini qanad kimi yelləyə-yelləyə bir
neçə addım atır, sonra ehtiyatla əvvəlcə kreslonun bir küncündə
459