Page 465 - 2-ci cild
P. 465
Úîí Ìàððåë
məni görən kimi hamı ucadan pıçhapıça keçir. Mənim qeybətimi
qılırlar. İyrənclikdi! Bax, mətbəxdə... mətbəxdə mən ləzzət alıram.
Yox, mən orda yemək yemirəm. Mən orda aşpazın sudan lanqustları
necə məharətlə çıxardığına tamaşa eləyirəm. Lanqustlarda əsəb
sistemi olmur, Sara. Nə bilim, belə deyirlər. Bir də deyirlər ki,
onları öldürəndə içlərindən qışqırtı qopur, qəribə bir qışqırtı,
gülüşəoxşar qışqırtı… Təhqiredici gülüş. Bu səsi eşidən olmayıb,
amma söz gəzir ki…
Sara. Ölümqabağı vahimə! Heyrətamizdi… (Pauza.) Türmədə
həyat sizin üçün ağır idimi, Oskar?
Pitu. Yox. O qədər də yox. Hər şey qaydasındaydı, hər şey
ölçülü-biçiliydi… Bilirsiz, elə bil hava da, hətta ruh da sterilizə
olunub. Bəsit geyim, bəsit qida, bəsit yataq yeri… Və nəzarətçilər…
birhüceyrəlilər…
Sara. Mən ağlayırdım, Oskar. Siz orda yatanda mən burda
ağlayırdım.
Pitu. Oh, şəxsən Sara Bernar özü mənim üçün ağlayırmış!
Təkcə elə buna görə yaşamağa dəyər! İndi həmin o itirilmiş
zaman üçün qəti təəssüflənmirəm.
Sara (sevincini gizlətməyərək). Ah, Oskar, əzizim!.. (Çətiri
bağlayıb bir kənara tullayır.)
Pitu (obrazdan çıxaraq). Madam, məncə, Oskar Uayld sadəcə
zarafat eləmək istəyib.
Sara. Onun nə istədiyinin mənim üçün fərqi yoxdu. Əsas
mənim bunu necə qavramağımdı. (Oyuna davam edir.) Oskar,
deyin görək, siz on doqquzuncu əsri xatırlayırsızmı?
Pitu (aydın görünür ki, Uayldı oynamır. Kobud tərzdə). O
xatırlayır. Hə, nə olsun?
Sara (intonasiya ilə onu təzədən Oskarın obrazına qaytarır).
F-fə-nər-lərin, q-qən-dil-lərin məşvərətiylə…
Pitu (Oskar obrazında). Bəli, əzizim, mən on doqquzuncu
əsri xatırlayıram.
Sara (həvəslə). İntim yarıqaranlıq… yalnız çılpaq yerləri
gizlətməyə xidmət üçün yarayan əlbisə… Stolun üstə elə indicə
tutulan balığın kürüsü… İnsanların yazılı dəvətnamələrlə deyil,
öz ürəklərinin səsiylə getdikləri dəfn mərasimləri… Bütün bunlar
olub. Şəxsiyyətlər olub… Fərdlər… düşünəni, şəni, hər cürü…
Viktor Hüqo, Napoleon, Bayron, Haribaldi… hamısı ölüb getdi.
Onlar daha yoxdular. Biz sonuncularıq, Oskar. Bu yer üzünün
465