Page 503 - 2-ci cild
P. 503
Aleksandr Mardan
qadın. Sonra?
qonaq. Sonra? Pəncərəni açmaq istədi. Açılmadı… Qış üçün
yapışdırılan kağızdan pəncərə kip bağlanmışdı. Bərkdən dartıb
açdı. Pəncərəyə qalxıb yerə atıldı. Fikrindən keçdi ki, onlara
yaxınlaşıb desin: “Hündürdən qorxmayan o yox, mənəm!” Amma
yaxınlaşmadı.
qadın. Niyə?
qonaq. Ayağı sınmışdı.
qadın. Bəs o qız?
qonaq. Pəncərə açılanacan artıq dönüb getmişdi. Yəqin,
kimsə çağırmışdı.
qadın. Sonra?
qonaq. Buraxılış gecəsində qıza yaxınlaşdı. Demək istəyirdi:
“Gəl əl-ələ verib yaşayaq!” Amma bu sözü demək ikinci mərtəbədən
tullanmaq qədər dəhşətli bir iş idi… Və dilindən bu sözlər çıxdı:
“Gəl əl-ələ və ayaq-ayağa verək”.
qadın. Gülməlidi.
qonaq. Hə, o qız da gülüb dedi: “Hələ mənə ayağını təklif
eləyən olmamışdı!” Və oğlanlardan biriylə rəqs eləməyə getdi.
qadın. Bəs o?
qonaq. Məzunların mərasimini tərk etdi. Sonra bu şəhərdən
baş götürüb getdi. Başqa bir şəhərdə peyda oldu. Orada rastına
bir qız çıxdı. O qızı dostlarıyla birlikdə getdiyi kinoteatrda gördü.
Qıza yaxınlaşmaq istəyəndə qulağına həmin o məzun gecəsindəki
gülüş səsi gəldi… Cürət etmədi. Sonra öyrəndi ki, qoyub gəldiyi
qız ərə gedib.
qadın. Professor oğluna?
qonaq. Ondan da bərk gedənə. Kooperatora… Oğlan da ev-
ləndi. Bir gün o qıza məktub yazdı, amma məktubu geri qayıtdı.
Ünvan səhv imiş. O, bu məktubu saxladı və ünvanın səhv olduğu
barədə qeydi dönə-dönə oxudu.
qadın. Bəs sonra?
qonaq. Sonra həyat başlandı. Hərənin öz həyatı. Bircə fərqlə ki,
o qız onu qəti xatırlamırdı, o isə qızı bir an belə unuda bilmirdi.
503