Page 507 - 2-ci cild
P. 507
Aleksandr Mardan
qadın. Alo! Yulya? Nə olub? Xeyir ola, belə tezdən? Yenə
düz hesablamamısan… (Pauza.) Hazırlaşırıq. Nə gətirək? Züm-
rüdlü? Yaxşı… Canım-gözüm, necəsən? Hər şey normaldı? Bəs
imtahanlar? (Pauza.) Hava soyuqdu? Bəs otağın necə? (Pauza.)
Yulya, sən “normal” sözündən başqa söz bilirsən? Mənim səninçün
burnumun ucu göynəyir, sənsə mənimlə elə bil candərdi danışırsan.
(Pauza.) Yaxşı, oldu. Yaddan çıxarmaram. Düz sözümdü. Elə bu
dəqiqə çantama qoyacam. Yıxıl yat. Öpürəm. (Telefonu stolun
üstünə qoyub yataq otağına keçir. Açıq mücrüylə qayıdır. İçini
eşələyib orda olanları stolun üstə tökür. Bijuteriyaların arasında
seçim edib matdım-matdım ətrafına baxır. Siqnal səsi gəlir –
qısa melodiya və səs: “Sizin yeni ismarıcınız var”. Ərinin mobil
telefonunu götürüb düyməni basır və sonra telefonu stolun üstünə
atır.) Elə belə də bilirdim… (Təzədən yataq otağına keçir. Giriş
qapısı çırpılır. Sahib qonaq otağına daxil olur. Qadın yataq
otağından çıxıb gəlir.) Səndə vicdan var?
Sahib. Var.
qadın. Bəs onda niyə ondan istifadə eləmirsən? Hardaydın?!
Sahib. Bəs sən niyə yatmamısan?
qadın. Yatmamışam? Az qala polisə zəng eləyəcəkdim…
Nə edəcəyimi bilmirdim!
Sahib. Bağışla. Belə alındı.
qadın. Necə alındı? Sən hardaydın?
Sahib. Qarçiçəyi axtarırdım.
qadın. Çox gülməlidi.
Sahib. Çoxdan da çox! O çiçəksatan xalalar hara qeyb oldu?
Para var, xala yoxdu, qarçiçəyi də… Sonra paqonlular məni
saxladılar.
qadın. Nə olsun?
Sahib. Necə nə olsun?.. İçmisən, ayıqsan, trubkaya üfür, nə
bilim, nə elə… Onlarda bu gün “Yol patrulu” fason nəsə bir
tədbir təşkil olunmuşdu. Pul götürmürdülər. İnadkarlıq edirdilər:
“İçmisiz! 14 fevralda bizdə qəza üzrə rekord göstərici əldə olu-
nub… Açarları verin, özünüz də gedin yatın”. Belə deyirdilər.
507