Page 611 - 1-ci cild
P. 611
Ìèøåë Ôåðìî
Arlen gedir. Daniel öz otağından çıxır. Onun əynində göy cins
var.
Ata. Bax belə. Artıq biri gəlib çıxdı.
Daniel. Salam, ata.
Ata. Fransua evdədir?
Daniel Fransuanın otağına boylanır.
Daniel. Bilmirəm. Otaqda yoxdur.
Ata. Mən axı səhər-səhər xəbərdar etdim: kim lap beş dəqiqə
də olsun, gecikdi, yeməksiz qalacaq. Anan hardadır?
Daniel. Bilmirəm.
Ata. Sən özün bəyəm yemək istəmirsən?
Daniel. Yox, mən ac deyiləm.
Ata. Zəhmət olmasa, nənəni çağır.
Daniel sağ tərəfdəki qapıdan gedir. Arlen yeməkləri gətirir. Elə
bu vaxt Ana da gəlir.
Dani, nənə, mizin arxasına! (Anaya.) Mənim əzizim, mən…
Ana. Ah, Andre, axı bilirsiz ki, siz mənə “mənim əzizim”
deyəndə, xoşum gəlmir… Siz həmişə adamın kefini pozan bir
xəbər verməyə hazırlaşanda mənə bu cür müraciət edirsiz…
Ata. Yaxşı. Siz bunu görmüsüz?
Ana. O nədi elə?
Ata (əsəbi). Necə yəni nədi? Görmürsüz? (Hesab kağızını
ona verir.)
Pauza.
Orda sizi heç nə təəccübləndirmir?
Ana. Əlbəttə, təəccübləndirir.
Ata. Nə?
611