Page 615 - 1-ci cild
P. 615
Ìèøåë Ôåðìî

Dominika. Bilmirəm. Mənə məlumat verməyib.
Ata. Xahiş edirəm, Alisa, hamı gəlib əyləşsin. Heç olmasa,
bircə dəfə bu evdə hamı bir yerdə oturub sakitcə nahar edə bilər,
ya yox?
Ana. Andre, bəlkə, o xəstələnib?..
Ata. Xəstələnib!.. Yox bir, ölür… Yaxşısı budu, soruşun
ondan görək, səhər-səhər neçə dənə pirojna yeyib?
Nənə. Andre…
Ata. Yetmiş dörd dənə!
Ana. Andre, anam sizə müraciət edir…
Ata. Eşidirəm sizi, nənə.

Nənə nəsə demək istəyir, ancaq ürək eləmir.

Ana. Nə olub, ana?
Nənə. Andre, pirojnaları mən yeyirəm…
Ata. A-a-a!..
Nənə. …Günorta… nahardan sonra…
Ana. Ana, gərək bunu əvvəldən deyəydin. Yoxsa ki, gör-
mürsən, uşaqlar günahkar olur…
Ata. Sakit olun, Alisa. Bu dəfə onları nahaq ittiham ediblər,
böyük iş olmayıb ki!..
Dominika. İttiham ediblər!.. Elə bil ki, biz qanqsterik!

Arlen gəlir.
.
Arlen. Əti gətirim, yoxsa yox?
Ana. Arlen! Neçə dəfə sizə demişəm ki, otağa ancaq mən
çağıranda gələ bilərsiz… Özü də siz gərək deməyəsiz ki, “əti
gətirim, ya yox?” Siz gərək soruşasız: “Əti gətirməyi buyurursuz,
madam?”

Ata rişxəndlə gülümsəyir.

615
   610   611   612   613   614   615   616   617   618   619   620