Page 609 - 1-ci cild
P. 609
Ìèøåë Ôåðìî
Ana vanna otağına yaxınlaşıb qapını açır.
Yox, burda deyil. Yəqin, indicə çıxıb. Ah, Jorj, çox təəssüf
ki, o gedib… Səhər tezdən vanna otağını tutmuşdu. Təsəvvür edə
bilməzsiz ki, bu, necə dəhşət idi. Hamını hirs boğurdu. Əgər siz
görsəydiz… Dalaşırdılar…
Jorj. Eybi yox… Mən yenə gələrəm… Gələcək də…
Ana (qüssə ilə). O-o-o, mənim yazıq Jorjum, sizin bəxtiniz
gətirmir… Danielin… hə, onun bəxti gətirib… Mən ha
fikirləşirəm, necə olub ki, sizin kimi çox yaxşı cavan bir oğlan bu
cür yelbeyin bir məxluqla rastlaşıb?..
Jorj sükut içində etiraz edir.
Yox, yox, Jorj, mən düz deyirəm… Mən komplimenti
səpələyən adam deyiləm, ancaq siz, həqiqətən, cazibədar bir
oğlansız!.. Bilirsiz, siz ideal bir bəy tipisiz, arzularda, xəyallarda
olan bəy!.. İşləriniz necədir? Razısınız?
Jorj. E-e-e… Çox sağ olun. Belə baxanda pis deyil.
Şikayətim yoxdur.
Ana. İndi o qədər bədbəxt hadisələr olur ki… Yəqin, hamı
öz həyatını sığortalamaq istəyir.
Jorj. Yox, nə danışırsız, madam? İnsanların çoxu sığortaya
lazım olan qədər ciddi yanaşmır...
Ana. Axı o zaman…
Jorj. O zaman bədbəxt hadisələrdən sonra çəkişmələr
başlayır…
Ana. Sizin üçün isə bunun əhəmiyyəti yoxdur. Əsas odur ki,
onlar özlərini sizin şirkətinizdə sığortalasınlar.
Jorj. Yox, madam, əksinə. Biz istəmirik ki, müştərilərimizin
arasında narazı qalanlar olsun. Bizim zəmanədə heç nəyi
diqqətdən yayındırmaq olmaz… Başa düşürsüz, madam? Hərdən
müştəriləri başa düşmək çətin olur. Axı onlar həmişə bizim
məsləhətlərimizə qulaq asmırlar. Mən bu saat sizin üçün izah
edəcəyəm…
609