Page 605 - 1-ci cild
P. 605
Ìèøåë Ôåðìî
Daniel. Nə?
Arlen. Hə də…
Daniel. Siz onu sabunla… torta ilə çimizdirmisiz?
Arlen. Hə. Məncə, onun çox xoşuna gəldi.
Daniel öz otağına qaçır. Arlen bir neçə an yerindən tərpənmir,
sonra, görünür, nəyisə xatırlayıb mətbəxə gedir.
Daniel əlində tutduğu tısbağanı silə-silə tələsik gəlir. Ətiri
tısbağanın burnuna tərəf uzadır.
Daniel. Ay pis adamlar!.. Mənim əzizim, onlar sənin başına
nə oyun açıblar?!.. Ay yaramazlar!.. (Bərkdən qışqırır.) Ana!..
Ana, hardasan?..
Daniel bütün otaqların qapısını bir-bir açır.
Arlen (mətbəxdən boylanaraq). Madam çardaqdadır.
Daniel. Belə de… Yaxşı. Mən bu vəhşilərə göstərəcəyəm!..
(Tısbağaya.) Mənim yazıqcığazım…
Pinki yenə də mənzildən çıxmağa cəhd edir. Ancaq bu vaxt
Dominika əynində pijama öz otağından çıxır və yumşaq kürsüdə
əyləşib dırnaqlarına lak çəkməyə başlayır.
Pinki (Fransuanın otağının qapısını açaraq). Fransua, burda
yenə bir nəfər peyda olub.
Fransua. Aman Allah!..
Fransua otağından çıxaraq Dominikaya tərəf gəlir.
Hə, sənlə gərək haqq-hesab çəkim! (Qıza lap yaxınlaşaraq.)
Zəhmət olmasa, de görüm, mənim poker hesabları yazılmış cib
dəftərçəm hara qeyb olub?
Dominika. Mən nə bilim?
Fransua. Özünü bilməzliyə qoyma.
605