Page 601 - 1-ci cild
P. 601
Ìèøåë Ôåðìî
Daniel. E-e-e… Sizin heç vaxt heç nədən xəbəriniz olmur!
Arlen. Bəlkə, müsyö Jorjdur?
Daniel. Jorj? Müsyö Jorjun bura nə dəxli var?
Arlen. Çünki həmişə buralarda dolaşır.
Daniel. Bəs bunun sizə nə dəxli var?
Arlen. Mənə heç bir dəxli yoxdur. Sadəcə, mən görürəm ki,
o, çox şərəfli insandır… Ancaq…
Daniel. Ancaq nə?
Arlen. Sizin yerinizə olsaydım, mən bilirəm, neyləyərdim.
Mən… Mən… Olar, deyim?
Daniel. Xeyr, olmaz…
Arlen. Necə bilirsiz…
İkisi də gedir. Pinki təzədən peyda olur. Onun ardınca o biri
qapıdan Ana gəlir. Pinkini görərək yaxınlaşıb
əlini uzadır.
Ana. (kübar xanım ədası ilə). Yəqin, siz Danielin rəfiqəsisiz?
Həddən artıq həyəcanlanmış Pinki dodaqaltı nəsə mızıldayır.
Eh, madmazel, boş şeydir, üzr istəməyə dəyməz. Mən
uşaqlarımın dostlarını bizim evdə gecə də, gündüz də görməyə
öyrəncəliyəm.
Ana diqqətlə qıza baxaraq heyranlıqla əlini əlinə vurur.
Aman Allah, siz necə də yaraşıqlısız! Üzünüzün rəngi!.. Heç
bir kosmetika da yox!.. Gənc olmaqdan gözəl nə var ki?! Heç vaxt
heç bir kremdən istifadə etməyin! Onlar məsamələri daha da
genişləndirir. Mən səhərdən-axşamacan qızlarıma da bunu
deyirəm, xüsusən də Dominikaya. Ancaq bu evdə heç kim mənə
qulaq asmır.
601