Page 597 - 1-ci cild
P. 597
Ìèøåë Ôåðìî

QAPILARI ÇIRPIRLAR!...

(Üç pərdədən ibarət komediya)

İştirakçılar:

Ata – 45 yaşında
Ana – 45–50 yaşlarında
Dominika – onların qızı
Daniel – onların qızı
Fransua – onların oğlu
Nənə
Pinki – Fransuanın nişanlısı
Arlen – qulluqçu
Jorj – Danielin pərəstişkarı
Qoca – Nənənin pərəstişkarı

MÜƏLLİF İŞTİRAKÇILARI TƏQDİM EDİR

Ata – nümunəvi bir atadır, öz işlərində çox diqqətlidir, cidd-
cəhdlə çalışır ki, evində sakitlik yaratsın. Övladlarını sevir, amma
arvadından fərqli olaraq, bunu büruzə vermir.

Ana – mülayim, romantik ovqatlı, dərin düşüncələrə dalmağı
xoşlamayan, zərifliklə, şəfqətlə dolub-daşan, amma bunu yersiz
israf edən bir qadındır. Övladları ona təkəbbürlü bir mərhəmətlə
yanaşırlar.

Fransua – onların oğludur, çox dürüst, sözü üzə deyən, bir
az da şöhrətpərəst, amma alicənab, müasir və bütün bunlarla
bərabər, hərdən çox sadəlövh olan bir gəncdir. 20 yaşı var və

597
   592   593   594   595   596   597   598   599   600   601   602