Page 599 - 1-ci cild
P. 599
Ìèøåë Ôåðìî
BİRİNCİ PƏRDƏ
Yaxşı təmin olunmuş bir ailənin mənzilində ümumi otaq.
Səhnənin dərinliyində, həm sağ, həm də sol tərəfdə qapılar var.
Əyninə pijama geyinmiş, əlində böyük saç fırçası tutmuş, saç
düzümü də at quyruğuna bənzəyən on altı yaşlı gənc və sarışın
bir qız hay-küylə vanna
otağının qapısını döyəcləyir.
Daniel (qapıya tərəf qışqırır). Kimdi orda, çıxmaq bilmir?
Sənsən, ata?
Krandan axan su səsi eşidilir.
Belə də iş olar!? Bu xarabada vanna otağına girmək mümkün
deyil! (Yenə qapını döyəcləyir.) Kimdi orda? Bu qədər neynirsən
orda? (Açar deşiyindən baxmaq istəyir.) Yox, buna dözmək
mümkün deyil!
Başqa bir qapı açılır. Qırxbeş-əlli yaşlarında
qadın səhnəyə daxil olur.
Ana (təəccüblə). Nə olub belə, əzizim? Mənə elə gəldi ki,
kimsə qapını döyür. Daniel, axı mən səninləyəm!..
Daniel ona fikir vermədən vanna otağının qapısını döyəcləyir.
Deyəcəksiz içəridə kimdi, yox? (Anasına tərəf dönür.)
Görürsən ki, qapını döyən mənəm də!.. Bir saatdır bura girə
bilmirəm. Orda atamdı…
Ana (qapılardan birini göstərərək). Yavaş ol, əzizim.
Qardaşın oyanar. Axı bilirsən ki, o, evə gec gəlir.
Daniel. Pah!.. Çox böyük iş olub!
Ana gedir. Daniel eləcə vanna otağının qapısını döyəcləyir.
599