Page 587 - 1-ci cild
P. 587
Êøèøòîô Õîèíñêè

Fotoqraf (pauzadan sonra). Öldü.
Kovalski. Ola bilməz!
Fotoqraf. Birinci dəfə deyil insan ölümünü görürəm.
Kovalski (pauzadan sonra). Niyə axı o, özünü irəli atdı?..
Özümüz də bacarardıq bunlarla.
Çəp. O, hələ yarım saat bundan əvvəl belə eləmək istəyirdi.
Mən bilirəm.
Kovalski. Niyə?
Fotoqraf. O birini xilas eləmək lazımdı. Bu kefli hər şeyi
danışıb sizə?
Yan. Yox, mən nə kefliyəm, nə də əyyaşam. Bizdə belədi:
biri bir balaca vursa, o saat adını qoyurlar “əyyaş”.
Kovalski. İncimə. (Fotoqrafa.) Hə, danışdı bizə. Bizim
üstümüzə qaçırdı. Fikirləşdik ki, polis çağırmağa vaxt yoxdu,
qaçıb çıxarlar aradan. Pavel, yaralıya yer olar bizim maşında?
Pavel. Olar.
İnspektor. Mənim maşınım da var…
Kovalski. Lap yaxşı. Onda biz bunları götürək.
Gonbul. Mən heç nə eləməmişəm.
Kovalski. Yaxşı, yaxşı.
Gonbul. Bunlar məni yoldan çıxartdı. Tələbəni bax bu
(Zirəki göstərir) öldürdü. Amma mən heç nə eləməmişəm…
Vallah, düz deyirəm. Odur, soruşun o qocadan.
Arıq (Zirəkə işarə edir). O niyə belə elədi?
Çəp. Yeməyi yaxşı həzm eləməkdən ötrü.
Gonbul (Yaşlı adama). Babacan, xahiş eləyirəm sizdən,
polisə deyin ki, mən müqavimət göstərmədim! Yaxşı? Axı mən
müqavimət göstərmədim?!
Yaşlı adam. Axır ki, bacardıq bunlarla. Düzdü, bu yazıq
oğlanın həyatı bahasına…
İnspektor. Bizim hər birimiz onun yerində ola bilərdik. Mən
həmişə inanırdım ki, ədalət qalib gələcək.
Sürücü (Marekə tərəf əyilir). Yazıq… Ölümdən qorxmadı.
Çəp. İcazə verin, dəqiqləşdirim. O (əli ilə Zirəki göstərir),

587
   582   583   584   585   586   587   588   589   590   591   592