Page 591 - 1-ci cild
P. 591
Êøèøòîô Õîèíñêè

Hamı susur.

Fotoqraf. De!
Çəp (səsi xırıldaya-xırıldaya güclə). Ziq hayl!..
Fotoqraf. Bərkdən!
Çəp. Ziq hayl! Dəli olub bu, məni boğacaq…
Fotoqraf. Qışqır!!!
Çəp. Ziq hayl! Ziq hayl!
Fotoqraf. Əlini də qabağa at. Tez! Yoxsa gəbərdəcəyəm
səni!

Çəp qorxu ilə o tərəf-bu tərəfə baxıb faşist salamı verir.

Bax bu, tanışdı mənə. Bax bu, təkrar olunub. “Şənbə günü
neynirsən? Heç nə; hara gedək; bilmirəm, görək də; buna bax, gör
nəyə oxşayır; nədi, xoşuna gəlmir; Oleq, çək buna; hara gedirsən;
bəs sən; vurdum onu it kimi; qorxmursan; e-e-e; ciyərinə vur, qara
ciyərinə, şüşəni də çırp kəlləsinə, nəyə gəlmisən, əfəl; dayan, gör
neynirəm sənə; atam maşını verib; sürək özümüzçün; hara;
kefimiz hara istəyir, ora; hara sürürsən, gicbəsər; ağaca dəydim;
eybi yox; sür gedək; heç bir işim yoxdu mənim; həyat
darıxdırıcıdı; bir şey gözləmə həyatdan; gəl bir az maraqlı keçirək
bu həyatı… “Sonra düşər əlinizə bir təsadüf, hamınız eyni köynək
geyərsiz, əlinizə silah alarsız: gedək zəiflərin atasını yandırmağa!
Bir addım, yenə biri, biri də, sonra – ziq hayl! Ziq hayl! (Güclə
nəfəs alır, az qala qəşş eləyəcək.)

İnspektor (özünü itirmiş). Bilmirəm, nə olub buna? Tutması
var, nədi?

Yaşlı adam (yavaş). Əlində nömrə var onun. Konslagerdə
olub.

Fotoqraf. Hara, ay axmaqlar? Ağlınızı başınıza yığın!
Yalandan özünüzü elə göstərməyin ki, guya hər şey yaxşıdı!
Tüpürüm hər şeyə, cəhənnəm olsun hər şey, mənə belə rahatdı,
deməli, mən hamıdan yaxşıyam! Biri deyir, o biri ona inanır…

591
   586   587   588   589   590   591   592   593   594   595   596