Page 589 - 1-ci cild
P. 589
Êøèøòîô Õîèíñêè

(Sənədlərə baxır. Çəpə.) Fu-u… məşhur familiyan var…
Çəp. Hər halda, səninkindən yaxşıdı.
Kovalski. Polisdən çağırış alanda yaxşıca kefi kökələr
atanın. Bütün aləm də sənin əməllərindən xəbər tutanda lap
düzələr işiniz!

Pavel gəlib divara söykənir. Onun ardınca Sürücü gəlir. Yan sağ
tərəfdəki qapının ağzında dayanıb gözlərini içəridən çəkə
bilmir.
Nə oldu?
Pavel. Tələsməyin mənası yoxdu. O da ölüb.

Pauza.

Yaşlı adam. Yeri behişt olsun.
İnspektor. Dəhşətdi.
Çəp (Marekə tərəf baxır). Bu axmaq da nahaq özündən
çıxırdı.
Xanım (Sürücüyə). Deməli, ölüb.
Sürücü (gözlərini gizlədir). Hə.
Xanım. Amma siz sağsınız.
İnspektor (həyəcanlı). Yaxşı! Nədi, siz istəyirsiniz ki, biz
hamımız burda uzanıb ölək?
Yaşlı adam. Zəmanəyə bax da! Qabaqlar belə şeylər ola
bilməzdi!
Kovalski (quru). Nə isə. Getmək lazımdı.
Xanım. Dua eləyək ki, sağ qalmışıq.
Sürücü (boğuq). Özümüz sağ qalmışıq. Şükür olsun.
Fotoqraf. Sağ qalmışıq! Əsl ölülər bizik! Elə bilirsiz, qur-
tardı canınız? Yox! Hələlik sevinin, şadlanın, qorxu qurtardı.
Amma sonra, sonra yüz dəfə bunlarla bir yerdə öləcəksiniz!
Yaşlı adam. Tanrıdan qorxun! Özünüzü ələ alın! Bizdə nə
günah var? Nə edə bilərdik biz?

589
   584   585   586   587   588   589   590   591   592   593   594