Page 585 - 1-ci cild
P. 585
Êøèøòîô Õîèíñêè

Çəp. Bu yolla? Körpü dağılıb axı.
Kovalski. Təmir olundu. Bir saat bundan qabaq qurtardılar.
Çəp. Qəribədi. Səhərdən heç kim keçməyib burdan.
Kovalski. Deməli, mən birinciyəm. Transformatoru daya-
nan sizin maşındı?
Çəp. Yox. Orda maşın dayanıb bəyəm?
Kovalski. Hə. Özü də içi boşdu, nömrəsi də yoxdu.
Çəp. Biz avtobusla keçəndə orda maşın yox idi.
Kovalski. Axırıncı reyslə gedirdiz?
Çəp. Tək deyildim mən. Çoxumuz Zakroçinə gedirdik,
beləcə, qaldıq yolun ortasında.
Kovalski. Apara bilərəm sizi.
Çəp. Çox sağ olun. Biz burda gecələyəcəyik.
Marek. Mən məmnuniyyətlə gedərəm sizlə.
Çəp. Neynirsən, yoldaşlarını atmaq istəyirsən?
Kovalski. Özünüz həll eləyin, cavan oğlanlar. Mənim
vaxtım azdı. (Siqareti söndürür.) Amma ürəyim nə pivə istəyir!
Çəp. Qəribədi, siz o naqili beləcə tək aparırsız, qarovulçu
olmur?
Kovalski. Adətən, tək aparıram. Amma bu dəfə bir dostum
var, yükdaşıyandı, o mindi maşına, bir də ki, bir qarovulçu
verdilər mənə.
Çəp. Hə, belə yaxşıdı da, darıxmazsız. Söhbət eləməyə adam
var yanınızda.
Kovalski (plaşını düymələyir). Nə oldu, getdik?
Çəp. Yox.
Marek. Mən gedirəm.
Zirək. Bura bax, sən necə dostsan ki, bizi qoyub getmək
istəyirsən? Başına iş gələr ha!..
Gonbul. Hə, yüz cür iş gələ bilər adamın başına.

Əlindəki açarı yelləyə-yelləyə Mareklə Kovalskinin arasında
dayanır.

585
   580   581   582   583   584   585   586   587   588   589   590