Page 581 - 1-ci cild
P. 581
Êøèøòîô Õîèíñêè

Marek. Bəs qızı niyə elə elədin?
Gonbul. Ona görə ki, qardaş, ürəyimiz istəyirdi.
Marek (Çəpə). Mən səndən soruşuram.
Çəp. Eşitmədin? Cavab verdi ki sənə.
Marek. Bəs qızın ürəyi istəmirdisə bunu?
Arıq. Arvadın ürəyinə fikir verən kimdi?
Marek (Fotoqrafı göstərir). Bəs bunu niyə döydüz?
Çəp (soyuq). Yolumuzu kəsməyəydi. Bizə mane
olmayanlarla işimiz yoxdu.
Marek. İstəyirsiniz çıxasınız aradan. Hansı ixtiyarla? Axı
siz kimsiniz ki, özünüzü hamıdan üstün tutursuz?
Çəp. Qulaq as, mənim sənə yazığım gəlir, ona görə də cavab
verəcəyəm. Bu gün ən yeganə çıxış yolu qəddar olmaqdı. Axı
özün bilirsən, hər şey yalandı bu gün! Heç olmasa, bircə həqiqətin
adını çək mənə! Qanun həqiqətdi bu gün? Təmizlikdi həqiqət?
Namusla yaşamaqdı? Müdriklikdi? Dostluq, məhəbbət, əmək,
ideya – bütün bunlar hamısı yalandı bu gün! Sən bilmirsən
bəyəm?! Hamı bilir bunu. Əgər istəmirsənsə camaat gülsün sənə,
gərək güclü olasan!
Marek. Mən deyirəm də, axmaq deyilsən sən. Yaxşı
məsləhətlər də verirsən.
Çəp. Amma sən onları pis qəbul edirsən.
Marek. Mən sənin kəllənə hörmət eləməyə başlayıram. Elə
buna görə də belə hesab edirəm ki, bu cür kəllələri rast gəldikcə
kəsib atmaq lazımdı.
Çəp. Bax ha!.. Boğaza yığma məni!
Marek. Nə olub ki? Yaxşıca söhbət edirik. Maraqlı söhbətdi,
elə bil hökm çıxarılıb bizimçün, ömrümüzə az qalıb, sözümüz isə
çoxdu.
Arıq. Vallah, dəlilərin söhbətinə oxşayır bu. Özünü gülünc
vəziyyətə qoyma.
Çəp. Darıxır da adam. Qoy kefimizi açsın bir az. Cana yığar
bizi, ağzını yumaram.

581
   576   577   578   579   580   581   582   583   584   585   586