Page 579 - 1-ci cild
P. 579
Êøèøòîô Õîèíñêè

Fotoqraf. Çünki hər şey baş verib artıq.
Marek. Demək istəyirsiz gecikmişik?
Fotoqraf. Yox. Demək istəyirəm ki, bunun mənası olmayıb,
olmayacaq da. (Mizin arxasında oturub əlləri ilə başını tutur.)
Marek (Çəpə). Bura bax, sən! Hər şey qurtarıb artıq?
Çəp (heyrətlə başını qaldırır). Nə? Nə deyirsən?

Arıq kürsü ilə birlikdə geri dönür. Gonbul yuxudan
oyanır.

Marek. Mən səndən soruşuram…
Arıq. Bu kimlədi belə?
Çəp. Əl çək.
Marek. Burda daha bir şey olmayacaq?
Çəp (diqqətlə ona baxır). Harda?
Marek. Burda, bizim aramızda, bu əclaf daxmada. Bu gün,
bu gecə.
Çəp. Məntiqə görə, hələ hər şey olmayıb. Amma ehtimal
nəzəriyyəsinə görə, hər şey olub, daha heç nə olmayacaq.
Marek. Yaman bic şeysən. Amma məncə, bütün nəzə-
riyyələr deyir ki, hələ çox şey ola bilər burda.
Çəp. Bax ha!.. Özünü düz apar!
Marek. Sən də bax ha!.. Sizin ucbatınızdan bədbəxt hadisə
baş verib. Siz növbə ilə qız zorlamısınız. Siz bizim əl-qolumuzu
bağlamısınız, qoymursunuz yaraladığınız adama kömək eləyək.
Buna nə deyir məntiq?
Çəp. Məntiq deyir ki, o tip ölə bilər. Siz bir qəhrəman kimi
bizim üstümüzə atıla bilərsiniz. Bizi (gülümsünür) məğlub edə
bilərsiniz.
Marek. Bütün bunları niyə elədiniz?
Çəp. Kefimiz belə istəyirdi.
Marek. Hansı ixtiyarla?
Çəp. Ətimizi tökmə. Biz sizdən güclüyük, ona görə.
Marek. Həm də bizdən əclafsınız.

579
   574   575   576   577   578   579   580   581   582   583   584