Page 575 - 1-ci cild
P. 575
Êøèøòîô Õîèíñêè

Marek (tamam əlacsız). Yəqin, düz deyirsiniz. Bu gün
dünyanın ən pis gümanları təsdiq olunur. İşıqlı uşaq nağılı
qurtardı. Biz işıqlı, rəngbərəng şüşələrə baxıb həzz alırdıq. Həmin
şüşələri sındırdılar.

Xanım. Bu nə müsibət idi, gəldi başımıza? Yuxu olaydı
bunlar…

Yan yavaş-yavaş bayır qapısına tərəf gedir. Təsadüfən kürsüyə
ilişir.

Çəp (yerindən sıçrayır). Hara?

Arıq başını qaldırıb yuxulu-yuxulu Yana baxır. Gonbul da
oyanır.

Yan (yerində yırğalanır). Mən… mən… eşiyə çıxmalıyam.
Arıq. Doğrudan deyirsən?
Yan (piştaxtadan yapışır). Bura bax… tez elə… aç qapını…
Arıq. Bəlkə, polis şöbəsinin yolunu da göstərək? (Ona
yaxınlaşır.) Burdan canını belə asan qurtara bilməzsən, əzizim.
Yan. Aç qapını. Vay…
Xanım. Buraxın onu. Bu saat batıracaq yeri.
Arıq. Batırsın da, nə olar?
Xanım. Kim yuyacaq bəs? Siz?
Yan. Aç qapını, deyirəm!
Arıq (onun pencəyindən yapışır). Açaram qapını səninçün.
Amma o biri dünyanın qapısını. Razısan?
Yan (qarnını tutur). Vay! Vay! Qarnım!
Arıq (qapını açıb Yanı itələyir). Bas bayıra, heyvan oğlu
heyvan! (Qapını bağlayıb kostyumuna baxır.) Az qalmışdı,
üstümü batıra, əclaf!
Çəp. Onu gözləmək lazımdı.
Arıq. Ölüb gedib, əşşi!.. Ayaq üstə dura bilmir. (Qapını açıb
baxır.) Odur, yıxılıb qalıb şalban kimi.

575
   570   571   572   573   574   575   576   577   578   579   580