Page 571 - 1-ci cild
P. 571
Êøèøòîô Õîèíñêè

Yaşlı adam. İlahi, bu nə havadı belə…
İnspektor. Hə…
Yaşlı adam. Təqvim olmasaydı, adam elə bilərdi ki,
noyabrdı. Mən evdən çıxanda arvadım dedi ki, qaloş götür, amma
sözünə baxmadım. Hayıf…
İnspektor (tamam biganə). İslanıb ayağınız?
Yaşlı adam. Hə.
İnspektor. Mən həmişə özümlə rezin uzunboğazlar
götürürəm. Köməyə gələn şeydi.
Yaşlı adam. Mənsə elə həmişə qaloş geyirəm.
İnspektor. Rezin uzunboğazlarla hardan desən, keçmək
olur. Bir dəfə çaydan keçdim, bir damcı da su buraxmadı içəri.
Yaşlı adam. Yazıq məzuniyyətə çıxanların halına. Bu qədər
də yağmaq olar?
İnspektor. Mən yayın əvvəlində çıxmışdım məzuniyyətə.
Onda da belə idi.
Yaşlı adam. Havalar tərs-məssəb olub.
İnspektor. Atom bombasındandı. Nə qədər sınaq keçirmək
olar?
Yaşlı adam. Mənə də elə gəlir.
İnspektor. Hayıf ki, sentyabra saxlamadım məzuniyyətimi.
Deyirlər, payızda yaxşı olacaq havalar. Adam dağa gedərdi.
Yaşlı adam. Mənimki isə öz kefimlə deyil. Tətillərdən
asılıdı.
İnspektor. Heç olmasa, plaş götürmüsüz özünüzlə?
Yaşlı adam. Plaşsız addım atmaram. Amma yaman bekara
plaşdı. Neçə yüz zlotı vermişəm, amma at o yana!..
İnspektor. Keyfiyyət yoxdu.
Yaşlı adam. Məsələ də ondadı.
İnspektor. Day deməyin! Amma bəzi şeylər babatlaşıb.
Dünən bir portfel almışam, çox yaxşıdı. (Fikirləşir). Hərçənd ağzı
yaxşı bağlanmır.

571
   566   567   568   569   570   571   572   573   574   575   576