Page 567 - 1-ci cild
P. 567
Êøèøòîô Õîèíñêè

Marek. Bu gün rast gəlməzdiz, amma sabah rast gələrdiniz
onlara.

Yan. Onlara? Siz ayrısız, onlar ayrı?
Marek. Biz də sizin kimi, nahaq gəlmişik bura.
Yan. Boşaldıblar cibinizi?
Marek. Yox.
Yan. Bəs nə eləyiblər?
Marek. Hər şey.
Yan. Onda qanları getdi. Quldurun iştahı nə qədər çox olsa,
o qədər tez sındıracaq boynunu.
Gonbul (Zirəkə). Tez elə, başla. Vaxt keçir, amma (Arığı
göstərir) onun növbəsi axırıncıdı.
Zirək. Eybi yox. Sürücünü sən gözlə ki, maşını düzəltsin.
Arıq. Yaxşı, tez elə.
Zirək (gedib sağ tərəfdəki qapını itələyir). Bağlayıb
arxadan.
Gonbul. Bərk itələ.
Zirək. Olmur. Nəsə qoyub qapının dalına.
Gonbul. Ola bilər.
Zirək. Bax e!.. Yəni təkbaşına dolabı çəkib qapının dalına?
Fotoqraf. Sizin buna ixtiyarınız yoxdu.
Arıq. Adamın ürəyini üzmə.
Fotoqraf. Yox. Siz bunu eləməyəcəksiniz.
Arıq (ona yaxınlaşır). Bura bax, bu saat kotlet eləyərəm
səndən. Amma ürəyim yanır sənə. Onların da (Göstərir.) yazığı
gəlir sənə.
Zirək (gülümsünür). Öz adından danış.
Gonbul. O, özünü əclaf göstərir, amma əslində, yaxşı
oğlandı.
Fotoqraf. Tanıyıram sizin kimi yaxşı oğlanları. Gecə sizi
görəndə adamların canına vicvicə düşür.
Çəp. Vaxt itirməyin.
Arıq. Qoy Zirək girsin içəri, bununla mən danışaram.
Fotoqraf. O, içəri girməyəcək. (Ayağa qalxır.)

567
   562   563   564   565   566   567   568   569   570   571   572