Page 563 - 1-ci cild
P. 563
Êøèøòîô Õîèíñêè
Çəp. Çıx get, ay səfeh.
Zirək. Dayan. (Mareki itələyib Qızın əlindən yapışır.)
Qız ancaq indi başa düşür ki, nəsə bir iş var deyəsən və
müqavimət göstərməyə başlayır.
Sakit, sakit, qoru əsəblərini, lazım olacaq.
Çəp. Burax onu!
Zirək. Bax, gör necə buraxıram. (Qızı pəncərənin yanındakı
kürsüyə tərəf aparıb oturdur.) Gördün ki, buraxdım. İndi gəlin
sözümüzü danışaq.
Qız. Buraxın məni, buraxın… (Xanıma). Xahiş edirəm
sizdən…
Xanım. Əl dəyməyin ona. Ayaq üstə güclə dayanır, siz də
bir tərəfdən qorxudursuz onu.
Zirək. Kim deyir ki, buz onu qorxutmaq istəyirik?
Qız (Yaşlı adama). Xahiş edirəm, siz deyin bunlara.
Zirək (Arığa). Biz deyək, sən qeydə al. Karol bizi ona yaxın
buraxmırdı, əvvəlcə məni, sonra Gonbulu.
Gonbul. Guya ki bakirəlik vəkilidir. Siz axı bilmirsiniz,
sonra nə oldu. Siz maşınla məşğul olanda bizim əziz rəhbərimiz
özü o qızın yanına girmək istəyirdi.
Zirək. Mən əvvəldən nəsə hiss eləmişdim. Bilirsiz nə?
Arıq. Bilirik. Karolu bu işdən kənar edirik. All right!
Zirək. Yox, mən yaxşı dostam. Gəlin çöp çəkək.
Çəp. Çəkin.
Zirək. Sən də bizimlə çək.
Çəp. Heç birinizə kömək eləməyəcək bu çöp çəkmək.
Gonbul. Bura bax, gözümün işığı, özündən kovboy
düzəltmə. Sən təksən, biz üç nəfərik.
Arıq. Dəqiqləşdirək görək, nəyə çəkirik?
Gonbul. Növbəyə.
Qız. Kömək edin, xahiş edirəm, kömək eləyin mənə.
Fotoqraf. Cavan oğlanlar…
563