Page 561 - 1-ci cild
P. 561
Êøèøòîô Õîèíñêè

Çəp. Hələ çox mitillənəcəksən orda?
Sürücü. Mən nə bilim?
Gonbul. Bəs necə başın çıxır ki, bilmirsən?
Sürücü. Hamısı birdi bəyəm? Cürbəcür olur. (Xanıma.)
Mənə çay verin.
Xanım. Ocağı qalayım gərək. Bunlar məni mətbəxə
buraxacaq?
Gonbul. Pivə iç.
Sürücü. Pivə olsun, fərqi yoxdu mənimçün.
Gonbul. Bura bax, işləməlisən, yoxsa içməlisən? Xaltura
eləsən…
Sürücü. Gedin də “podşipniksiz”…
Arıq. Oyun çıxarma.
Zirək. Ağlını başına yığ a, pampılımpız, yoxsa!.. Dilini sox
qarnına!
Sürücü (pivəni içə-içə). Gedin də, sizi saxlayan var?
Zirək (əlini cibinə salıb onun yanına gəlir). Deyəsən, sən
gedəcəksən, özü də o biri dünyaya.
Arıq. Bəsdi. Bilir ki, onsuz işimiz fırıqdı.
Çəp (aydın tələffüzlə). Xəbərdar eləyirəm sizi: əgər siz
işinizi lap qısa müddətə qurtarmasanız, biz düşsək yol polisinin
əlinə, onda bax o (Arığı göstərir.), işinizi bitirəcək o saat, heç “uf”
da deməyəcək.
Sürücü. Bu nə söhbətlərdi belə?
Çəp. Bu o söhbətlərdi ki, vaxtı uzatmayın.
Sürücü. Bəs, doğrudan da, bacarmasam?
Çəp. Yenə o biri dünyaya gedəcəksiz.
Sürücü. Yaxşı işdi… Qoyun bir fikirləşim. Əgər məni, onsuz
da, bıçaq gözləyirsə, onda neynirəm, əlləşib sizin maşını
düzəldim?
Çəp. Özün bil. Beş dəqiqə vaxt verirəm.
Sürücü. Cəmi beş dəqiqə?
Çəp. Cəmi.
Arıq (cibindən bıçağı çıxarıb işıqda tiyəsini yoxlayır).
Radioya qulaq asmısız?

561
   556   557   558   559   560   561   562   563   564   565   566