Page 565 - 1-ci cild
P. 565
Êøèøòîô Õîèíñêè

utsa-a-an mə-ə-əni…” (İşıqdan gözləri qamaşa-qamaşa qapının
ağzında dayanır). Atəşin salamlar! (İki addım da atır). Atəşin
salamlar, deyirəm!

Gonbul (onun ardınca qapını örtür). Axşamın xeyir, canım-
ciyərim.

Yan (diksinir). Allah, sən saxla! Şeytana bax ha!.. Əzizim
Zosya, bu kimdi belə, buraxmısız evə?

Xanım. Kim istəyir, gəlir bura. Siz də gəlmisiz bura, pan
Yan.

Yan. Keçidə qədər bir yük maşınında gəldim. Orda atdılar
məni zığın-palçığın içinə ki, yol bağlıdı. Nə olub axı körpüyə?

Xanım. Xarab olub. Deyirlər, guya təmir eləyirlər.
Yan. Heç xəbərim olmayıb.
Xanım. Niyə? Sizin zavod körpüyə burdan yaxındı ki.
Yan. Bilirsiz, panya Zosya, sizə bir söz deyim, inanın
mənə… Mən sizə həddən artıq hörmət edirəm və sizi sevirəm…
(Onun əlini öpmək istəyir.) Bacım kimi…
Xanım. Yaxşı, yaxşı. Mən də sizi sevirəm.
Yan. Yox, mən sizi daha artıq sevirəm. (Özünü bir az itirir.)
Bacım kimi. (Ona tərəf əyilir.) Mən üç gündü işdə olmamışam.
Xanım. Fəxr eləməli bir şey yoxdu.
Yan. Düzdü, fəxr eləməli bir şey yoxdu, amma sizə gərək
deyəydim bunu. Sizə mən hər şeyi deyəcəyəm…
Gonbul (əlini onun çiyninə qoyur). Dostum, bax, get otur
orda.
Yan. Ay səni, şeytan! Mən sənin dostunamsa, sən də mənim
ögey babamsan!
Gonbul. Dilini dişlə, özün də otur, bax, orda.
Yan (oturur). Baxıb görürəm işıq yanır, qapıda da maşın
dayanıb, deməli, məclis arəstədi içəridə. Panya Zosyanın bu
xanəsində həmişə yaxşı uşaqlar olur. Axırıncı dəfə tələbələr var
idi burda, turist idilər, özlərinin cibişdanı boş idi, amma məni
pivəyə qonaq elədilər… Onlara deyirəm ki, yox, uşaqlar, belə
olmaz, gərək siz məni yox, mən sizi qonaq edim…

565
   560   561   562   563   564   565   566   567   568   569   570