Page 569 - 1-ci cild
P. 569
Êøèøòîô Õîèíñêè
Fotoqraf (onları vurmaq istəyir). Qorxaqlar! Əclaflar!
Zirək onun əlini tutub burur. Sürücü yerindən sıçrayıb ona
kömək eləmək istəyir, amma Arıq Sürücünün çiynindən yapışır.
O biri əlində bıçaq var.
Arıq. Görürsən bunu?
Zirək Fotoqrafı diz çökməyə məcbur edir.
Zirək. Bax belə. Ağıllı sözə qulaq as həmişə.
Fotoqraf. İnsanlar! Dözməyin buna! Axı siz insansınız!
Çəp ilə Zirək yerə yıxılmış Fotoqrafı ayaqları ilə döyürlər. Arıq
Sürücünü tutub. Gonbul dəhşətdən donub-qalmış Marekin, Yaşlı
adamın, İnspektorun və
Yanın qarşısını kəsib.
Xanım. Öldürəcəklər onu! İlahi, kömək dur! Kömək eləyin!
Fotoqraf qalxmağa cəhd edir, amma sonra süst düşür.
Çəp. Huşunu itirdi? (Əyilib baxır.) Yox.
Zirək. Bir az da ilişdirək?
Çəp. Hələlik bəsidi. Sonra.
Zirək. Yaxşı. (Fotoqrafa bir dəfə də təpik vurub tüpürür.)
İndi sakit oturub cıqqırını çıxarmazsan. (Köynəyinin yaxasını və
qalstukunu düzəldir.) Yandır radionu, adam az qalır ölsün
darıxmaqdan.
Gonbul. Bu saat. (Radionu yandırır.)
Zirək (sağ tərəfdəki qapının dəstəyindən yapışır). Aç qapını,
qəşəng qız! Eşidirsən? Qorxma, heç nə eləməyəcəyəm sənə.
Açmazsan, sındıraram qapını. (Çiyni ilə basır.) Səndən çox-çox
təmizləri açıblar qapını mənim üzümə.
569