Page 573 - 1-ci cild
P. 573
Êøèøòîô Õîèíñêè
Xanım (xüsusi tələffüzlə). Yox, dua edək.
Marek. Eyni şeydi. Nə qədər gözləyək? Bu qədər gözləmək
olar?
Xanım. Nə istəyirsiz onlardan? Yaşamaq istəyirlər, günahdı?
Həyat necədisə, elə də yaşamaq lazımdı də, yəqin? Siz nədi,
yaşamaq istəmirsiz?
Marek. İstəyirəm. İndi həmişəkindən daha artıq istəyirəm.
Pauza.
Xanım. Bilirsiz, qızın başına hava gəlib elə bil. Elə hey
danışırdı, danışırdı, axırı yatdı.
Marek. Nə deyirdi?
Xanım. Deyirdi ki, bu dəhşət həmişə onunla birgə olacaq,
ömrünün axırına kimi.
Arıq (yuxudan oyanır). Ümid edirəm ki, o Sürücü
gözətçisinin atasını yandırmayıb.
Çəp. Niyə birdən yadına düşdü?
Arıq. Çox uzun çəkir bu maşın təmiri.
Çəp. Həyat da uzun çəkir, amma heç şikayət eləmirsən.
Arıq. Nə olub bu gün sənə, qardaş, elə hey filosofluq
eləyirsən?..
Çəp. Sən məni yaxşı tanımırsan.
Marek (yavaş). O qızı dəhşət təqib edəcək. Bəs nakişilik
kimi təqib edəcək?
Yaşlı adam. Biz nə edə bilərdik? Əl-ayağımız bağlıdı da…
Marek. Biz nəyi gözləyirik?
Yaşlı adam. Gözləyirik ki, çıxıb getsin bunlar.
Marek. Hə, çıxıb gedəcəklər, hər şey də düzələcək.
Yaşlı adam. Bilirsiz, əl çəkin bu duruşunuzdan. İstehzanıza
da ehtiyac yoxdu. Bəli, çıxıb gedəcəklər və hər şey qurtaracaq.
Yaralını apararıq xəstəxanaya.
Marek. Bəs bizi?
Yaşlı adam. Necə yəni bizi?
Marek. Bəs bizi hansı xəstəxanaya aparacaqlar? Siz məni
bir başa salın: heyvanla bizim nə fərqimiz var?
573