Page 577 - 1-ci cild
P. 577
Êøèøòîô Õîèíñêè

İnspektor. Mən onlardan qorxuram.
Fotoqraf. Ora bundan təhlükəli deyil.
İnspektor. Burda axı mən tək deyiləm.
Fotoqraf (Yaşlı adama). Onu əvəz edirsiz?
Yaşlı adam. Özümü pis hiss edirəm…
Fotoqraf. Nə olub sizə?
Yaşlı adam. Revmatizm öldürür məni. Ora rütubətdi.
Fotoqraf. Alın, mənim şalımı götürün.
Yaşlı adam. Bəlkə, onların xoşuna gəlməyəcək ki, mən
yaralının yanında oturmuşam. Ola bilər, ya yox?
Fotoqraf. Ola bilər.
Yaşlı adam. Görürsüz. Nə olsun bəs? Döysünlər məni?
Fotoqraf. Hayıf ki, indiyə qədər döyməyiblər sizi. Lap
ürəyimdən olardı.
Yaşlı adam (sancır). Hər adam döyülməyi yaxşı keçirmir…
Fotoqraf (diqqətlə onu gözdən keçirir). Sizi çox döyüblər?
Yaşlı adam. Başa düşmədim.
Fotoqraf. Məni düz dörd il dalbadal döyüblər. (Əli ilə
göstərir.)
Yaşlı adam (ətrafa baxır). Bağışlayın… (Qalxıb sağdakı
qapıya tərəf gedir.)
Fotoqraf. Şalı verim?
Yaşlı adam. Lazım deyil. (Gedir.)
Fotoqraf. Bunların bu zibil maşınını tez düzəltsəydilər!
Marek. Bəlkə, o, indi öldü, maşını isə yarım saatdan sonra
düzəltdilər? Onda nə olsun?
Fotoqraf. Allah bilir. Cürbəcür variantlar ola bilər: maşını
düzəldib gedə bilərlər bunlar, biz də oğlanı apararıq, o da yolda
ölər; oğlan ölər, bunlar maşını düzəldib gedər, biz də onu birbaş
meyitxanaya apararıq; bunlar çıxıb gedərlər, biz oğlanı apararıq
xəstəxanaya, o da ya əməliyyatdan əvvəl ölər, ya cərrahiyyə
mizinin üstündə ölər, ya da əməliyyatdan sonra... Bir də ki, ola
bilər, heç ölməsin, sağ qalsın.
Marek. Lənət şeytana! Belə bir vaxtda siz də zarafata
salırsınız.

577
   572   573   574   575   576   577   578   579   580   581   582