Page 557 - 1-ci cild
P. 557
Êøèøòîô Õîèíñêè
gedəndən sonra da yaralıya kömək eləyək, ya da gərək atılaq
üstlərinə, dərsimizi versinlər əməlli-başlı, həm əli aşından olaq,
həm də vəli aşından. Sizcə, hansı yaxşıdı?
Yaşlı adam. Bu, sofistlikdi. Siz ancaq öz isti ocağınızın
dərdini çəkirsiniz.
Fotoqraf. Ola bilər. Buna mənim haqqım var. O gəncin
ölümüylə heç nə dəyişməyəcək, amma mənim ölümüm çox şeyi
dəyişər. Axı siz bilirsiz ki, mənim əməyim nə qədər mühüm
əhəmiyyətə malikdir. Ola bilsin, lap dövrümüzün sənədləridi!
Marek. Tutalım ki, hə, belədi!
Fotoqraf. Bu, mənim bəraətimdi.
Marek. Başınızı kola soxub gizlənirsiniz!
Fotoqraf. Buna da haqqım var. Çox qovğalar çəkib başım
mənim. (Pauzadan sonra.) Siz inanırsızmı ki, keçən dövr təzədən
qayıda bilər?
Marek. Mən heç nəyə inanmıram.
Fotoqraf. Nahaq yerə. Onda çox yaşamayacaqsız. Amma
məndə bu saat belə bir əhvali-ruhiyyə var ki, çoxdan ötüb-getmiş
illər təzədən geri qayıdıb.
İnspektor. Mənim üçün heç nə qayıtmayıb. Bu dəhşəti
ancaq yuxuda görmək olar.
Fotoqraf. Onda bunlardan birinə əlinizi vurun, görərsiniz
ki, yatmamısız.
İnspektor. Uduzacaqlar onlar. Uduzmalıdı onlar. Onlar gə-
rək cəzalarına çatsınlar, başqa cür ola bilməz. Nəsə olmalıdı indi.
Fotoqraf (Marekə). Eşidirsiniz? İnspektor inanır, buna görə
də çox yaşayacaq. Dinməzcə oturub, özü də inanır ki, bir möcüzə
baş verəcək. Dəyişməz vəziyyət olmur, nəsə dəyişəcək, onda
İnspektor da sağ və salamat qalacaq. Lap dünya dağıla…
Gonbul ilə Zirək qayıdırlar.
Gonbul. İstəyirəm, səhər açılana qədər çatım evə. Onsuz da,
anam deyəcək ki, yenə arvadbazlıq edirdin!
557