Page 553 - 1-ci cild
P. 553
Êøèøòîô Õîèíñêè
Zirək pivə şüşəsini onun üstünə vızıldadır. Gonbul sınan şüşənin
səsindən diksinib özünü kənara atır.
Gonbul (acıqlı). Ey, bura bax! Əlimdəki bu açarı görürsən?!
Zirək. Mən də sənin kəlləni əzməyə bir şey taparam. (O biri
pivə şüşəsini göstərir.) Keç yerinə!
Gonbul. Uşaqsan sən! Mən kiməm səninçün, hə? Nökə-
rinəm sənin? Sən əmr elədin, mən də o saat boynumu büküb
deyəcəyəm ki, baş üstə, qibleyi-aləm, hə?
Çəp (səsini qaldırmadan). Əzilmə.
Gonbul. Mənə deyirsən bunu? Mənə? Ona de də!
Çəp. Bəsdi, Gonbul! Qurtar bu komediyanı, tamaşaçıların
xoşuna gəlmirsən.
Zirək. Hə!
Gonbul (çiynini çəkir). Ay mənim əzizlərim, nə vasvası
olmusunuz belə? Mən baxmaq istəyirdim ki, görüm bizim
xəstənin halı necədi, nəfəs alır, ya yox?
Çəp. Aydındı. (Yaşlı adama.) Buyurun, davam edin. Bir
dəqiqə. (Gonbula.) Əlindəki o açarla mənim kürəyimi
tumarlamaq istəsən, özündən küs. Mən çəpəm, gözlərim hər tərəfi
görür.
Yaşlı adam. Doğrusu, yadımdan çıxdı demək istədiklərim…
Çəp. Çox təəssüf.
Yaşlı adam (əvvəlki natiqliyindən əsər-əlamət qalmayıb, özü
də ayaq üstə durmaqdan yorulub). Bu saat yadıma salaram.
(Oturmaq istəyir, amma Çəpin zənlə baxışını hiss edib fikrindən
daşınır.) Hə… Düşdü yadıma. Siz də cavanlara məxsus bir səhv
buraxırsınız: ağlınıza da gətirmirsiniz ki, sizi başa düşə bilərlər.
Bir-birini qarşılıqlı surətdə başa düşmək böyük şeydi. Siz bunu
qiymətləndirmirsiz.
Çəp. Sözün qısası?
Yaşlı adam. Sözün qısası, belə təklif edirəm: siz bizi
buraxırsınız və icazə verirsiniz ki, yaralını aparaq xəstəxanaya,
biz də söz veririk ki, sizin barədə polisə heç nə deməyəcəyik.
Marek. Nə? (Əlini yelləyir.) Nə isə…
553