Page 551 - 1-ci cild
P. 551
Êøèøòîô Õîèíñêè

Çəp. Yəqin, özümüzü belə aparmağımız sizi qorxudub. Nə
etmək olar, bəzən qayda-qanun yaratmaq üçün bir az sərt hərəkət
etməli olursan. Xüsusən də vaxt az olanda.

Yaşlı adam. Əlbəttə, elədir, başa düşürəm.
Çəp. Eşidirəm sizi.
Yaşlı adam (əyləşməyə cürət etməyərək). Sizinlə çox açıq,
necə deyərlər, ürək söhbəti eləmək istəyirəm. Xahiş edirəm ki,
məni… e-e… düşmən hesab eləməyəsiniz. Mən qəlbən cavanam,
cavanları başa düşürəm.
Çəp. Mən bunu lap əvvəldən hiss elədim.
Yaşlı adam. Bilirsiniz, burda çox ağır bir vəziyyət əmələ
gəlib. Biz hamımız insanıq, hərəmizin bir dərdi-səri var…
Çəp (çox sərt). Qayıt geri!
Yaşlı adam. Nə dediniz?
Çəp (ona fikir vermədən qışqırır). Geri qayıt!!!

Səhərdən bəri kürsüdə narahat oturmuş Zirək ayağa
qalxıb xəlvətcə sağ tərəfdəki qapıya tərəf gedir.

Zirək. Deyəsən, daha gəzmək də qadağandı…
Çəp. Lazım bilərəm, yeməyi də sənə qadağan edərəm.
Zirək. Yaman yuxarıdan gedirsən.
Çəp. Mənə bax, qaqaş, zəhmət çək, qaxıl yerinə.
Zirək. Yerimdə oturmasam?
Çəp (onun üstünə atılmağa hazır vəziyyətdə). Onda gərək
zəhmətini mən çəkim. Bilirsən ki, bacarıram bunu.
Zirək (uzun pauzadan sonra). Yaxşı. Təkcə baxmaq
istəyirdim…
Çəp. Sənin nə istəməyin mənim vecimə deyil.

Zirək öz yerinə qayıdır.

Bağışlayın, sözünüzü kəsdim.
Yaşlı adam (özünü itirmiş). Mən deyirdim ki…

551
   546   547   548   549   550   551   552   553   554   555   556