Page 555 - 1-ci cild
P. 555
Êøèøòîô Õîèíñêè
Çəp (ayağa qalxıb yaşlı adama yaxınlaşır). Niyə? İstəyirdim
görüm siz orijinal bir şey deyəcəksiz, ya yox? Amma sizin
dediklərinizi mən yüz dəfə oxumuşam, yüz dəfə də görmüşəm.
Mənim heç kimin bəraətinə ehtiyacım yoxdu, mən özüm özümə
bəraət qazandırıram.
Yaşlı adam. Hər şeydə?
Çəp. Hər şeydə. Bax orda motosikletçi böyrü üstə düşüb
qalıb, mən yox. Deməli, mən ondan yaxşıyam. Deməli, mən daha
cəldəm, daha güclüyəm.
Zirək (gülür). Düz sözə nə demək olar?
Çəp. Yolumu kəsənlərlə evcik-evcik oynamaq həvəsim
yoxdu.
Gonbul. Əzizim, bəs biz? Unutmusan bizi? Bizim ki sənin
yolunu kəsmək fikrimiz yoxdu, de də bunlara.
Yaşlı adam (həyəcanlı). Deməli, siz qoymursunuz ki, orda
can verən o oğlana kömək edək?
Çəp. Elədir.
Yaşlı adam. Siz ki ziyalı adamsınız… Axı bu, sizin
təqsirinizi daha da artıracaq…
Çəp. Dünya həmişə güclülərin olub, indiki zamanda xüsusən
belədir. Məsləhətçilər dövrü keçib-gedib.
Yaşlı adam. Səhv edirsiz, cavan oğlan. Məsləhətçilərin
dövrü davam edir.
Çəp. Azalır, lap azalır. Onları başa salmaq lazımdır ki,
boşboğazlıq zərərli şeydi. Əgər lazım olan qədər gücün yoxsa –
qaxıl otur yerində, səsini də çıxarma.
Marek (Yaşlı adama). Əl çəkin ondan.
Çəp (rişxəndlə). Bax o, bunu başa düşür.
Yaşlı adam (bədbinliklə). Mən həmişə cavanlara inanırdım.
Çəp. Bəsdir!
Yaşlı adam. Bununla barışmaq mənimçün çətindi və…
Çəp. Gedin öz yerinizə.
Yaşlı adam kürsüyə tərəf gedib oturur.
555